Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İş axtaranlara 10 tövsiyə
Tarix: 15-08-2015 | Saat: 00:40
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

İş axtaranlara 10 tövsiyə
1. Nə istədiyinizə qərar verin: Necə bir iş istəyirsiniz? Tam zamanlı, yoxsa part-time-lı bir iş? Təhsil aldığınız sahədə, yoxsa xəyallarınızdakı işdə? Təcrübəli olduğunuz sahədə, yoxsa yepyeni bir sahədə? Pul qazanmaq üçün, yoxsa pulu hələlik ikinci planda saxlayıb təcrübə qazanmaq üçün? Kariyera qurmaq üçün, yoxsa günün ehtiyaclarını ödəyə bilmək üçün? Bunu müəyyən etdikdən sonra addımlarınızı o istiqamətdə atın.

2. Özünüzü, müəyyən bir sahə ilə məhdudlaşdırmayın: Sahib olduğunuz qabiliyyət və təcrübələrinizi zənn etdiyinizdən daha çox sahədə istifadə edə bilərsiniz. Bu sahələri araşdırın, müraciət yelpiyinizi genişləndirin.

3. Ətrafınızı məlumatlandırın: Yoldaşlarınıza, qohumlarınıza, dost-tanışa iş axtardığınızı bildirin. Əvvəlki iş və ya məktəb ətrafınızdan insanlarla əlaqə saxlayın. Onların işləri haqqında məlumat əldə edin. Bütün bu kəslərə necə bir iş axtardığınızı və uyğun bir iş olduğu zaman sizə xəbər vermələrini söyləyin. Heç ümid etmədiyiniz bir yerdən sizə uyğun iş xəbəri gələ bilər.

4. CV-niz vitrindir, onu maraqlı hala gətirin: CV’nizi alt- alta darıxdırıcı maddələrdən ibarət olan bir sənəd olmaqdan qurtarın. Fərqli CV nümunələrini araşdıraraq sizi ən yaxşı yansıdanı seçim edin. Müraciət edəcəyiniz firmaların siyasətinə görə fərqli CV’lər hazırlamaqda fayda var. Rəsmiyyətə əhəmiyyət verən firmalar üçün siz də rəsmi biİş axtaranlara tövsiyyələrr CV hazırlayın. Eyni zamanda reklamçılıq və ya dizayn şirkətinə də müraciət edəcəksinizsə, bura üçün yaradıcılığınızı ön plana çıxaracaq, canlı və rəngli bir CV’niz olmalıdır.

5. İş axtarış platformanızı geniş tutun: Qəzet elanlarını, internetdəki onlarla iş axtarış saytını dəyərləndirin. Buralara CV qoyun, yeni və yenilənən elanları nizamlı olaraq təqib edin. İşi çox istədiyiniz və mövqeyi üçün tamamilə uyğun olduğunuzu düşündüyünüz firmaların insan qaynaqları birliyi ilə görüş təyin edərək birbaşa əlaqə saxlaya bilərsiniz.

6. Müraciət etdiyiniz firmaları diqqətlə seçin: Meyarlarınıza və təcrübələrinizə uyğun firmalara müraciət edin. Sizə uyğun olmadığını düşündüyünüz firmalara CV göndərmək vaxt itkisidir. Qəbul edilsə belə istəmədiyiniz bir işdə çalışmaq sonralar böyük problemlərə yol aça bilər.

7. Özünüzü davamlı olaraq inkişaf etdirin: Bir-iki ay iş tapa bilmədiniz, deyək. Dərhal ümidsizliyə qapılmayın və bu müddəti özünüzü inkişaf etdirib CV’nizi zənginləşdirmək üçün bir fürsət olaraq görün. Sahənizlə əlaqədar kurs, seminar və konfranslara qoşulun, kitablar oxuyun. Daha sonra bu təcrübələrinizi CV’nizə əlavə edərək firmalara bir daha göndərin. İnternet saytlarındakı CV’lərinizi də bu istiqamətdə yeniləyin.

8. Özgüvən sahibi olun: İş görüşməsində içiİş axtaranlara tövsiyyələrnizə qapanıq, utancaq və istəksiz bir görünüş sərgiləməyin. Bu işi həqiqətən istədiyinizi və təcrübələrinizə güvəndiyinizi müəyyən edən bir rəftar ortaya qoyun. (Çox da özündən razı bir halda olmadan, təbii ki!) İşin detalları ilə əlaqədar suallar soruşun. Müsbət istiqamətlərinizi vurğulayın. O işi sahiblənin.

9. Recycling istəyin: Görüş etdiyiniz firmadan,”biz sizinlə əlaqə saxlayarıq” kimi bir cavab alsanız, qəbul edilmədiyiniz təqdirdə də səlahiyyətlilərdən sizinlə əlaqə saxlamalarını və bunun səbəblərini bildirməklərini istəyin. Bu, sonrakı müraciətlərinizdə nələrə diqqət etməyiniz lazim olduğunu və əskikliklərinizin nələr olduğunu görmək mövzusunda sizə köməkçi olar.

10. Buraxmayın: Bu günün müvəffəqiyyətli iş sahibləri ilk işlərinə girmək, ilk müvəffəqiyyətlərini əldə etmək üçün heç də asan yollardan keçmədilər . İş tapmaq prosesinin asan bir proses olmadığını, aylarla davam edə biləcəyini bilin. Səbirli olun.


Xəbəri paylaş

9178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___