Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özünü yandıran qadınla bağlı rəsmi açıqlama
Tarix: 14-08-2015 | Saat: 19:59
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Özünü yandıran qadınla bağlı rəsmi açıqlama
Bakı Şəhər Prokurorluğu baş vermiş hadisəni şərh edib.
Bakıda özünü bazarda yandıraraq intihar etmiş 36 yaşlı qadın xəstəxanada psixiatrik müalicə alıb.

Xeberaz.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən “Təzə Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətlərindən orada vəfat etməsi faktına görə, Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.

İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaqla müəyyən edilib ki, X.İmanova əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 №-li Kliniki Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb.

Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.


Xəbəri paylaş

6438 dəfə oxunub.

Digər xəbərlər
14-01-2017, 13:59 Yağış yağacaq

bütün xəbərlər
____ Instagram ___