Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyada azərbaycanlı 1,7 milyon dollarla saxlanıldı.
Tarix: 14-08-2015 | Saat: 18:32
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiyada azərbaycanlı 1,7 milyon dollarla saxlanıldı.
Həmyerlimiz gömrük bəyannaməsində 1 milyon olduğunu qeyd edib.
Rusiya paytaxtının Şeremetyevo hava limanında saxlanılan Azərbaycan vətəndaşının üzərindən 1,7 milyon dollar aşkar edilib.

Xeberaz.az Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Şeremetyevo hava limanına nəzarət edən gömrük əməkdaşları Azərbaycan vətəndaşının üzərinə baxış keçiriblər və onun üzərində 1 milyon 701 min 300 dolların olduğunu müəyənn ediblər.

Gömrük bəyannaməsində 1 milyon dollar keçirdiyini qeyd edən Azərbaycanlı əlavə 700 min dolları yayındırmaq istəyib. Həmin pulu gömrük əməkdaşları həmyerlimizin çantasına baxış keçirərkən müəyyən ediblər.

Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.

Saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub.

Hazırda Azərbaycanlının adı açıqlanmır.


Xəbəri paylaş

5808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___