Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskvada azərbaycanlı sevgilisindən ayrılan qız özünü öldürdü
Tarix: 24-03-2015 | Saat: 17:12
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Moskvada azərbaycanlı sevgilisindən ayrılan qız özünü öldürdü
17 yaşlı birinci kurs tələbəsi öz otağında intihar edib.

Rusiyada azərbaycanlı sevgilisindən ayrılan qız həyatına son qoyub.

Xeberaz.az -ın ANS-ə istinadən verdiyi xəbərə görə, sevgilisindən ayrılan qız intihar edib.

Kollecdə təhsil alan 17 yaşlı birinci kurs tələbəsi yaşadığı evdə, otağında intihar edib.

Polisin məlumatına görə, hadisə ötən gün axşam saatlarında baş verib. Adı açıqlanmayan qızın anası erkən yatıb. Nənəsi isə saat 23:00-da evə gəlib. Nəvəsinin otağındakı açıq pəncərəni bağlamaq üçün ora girəndə isə dəhşətə düşüb.

Gənc qız huşsuz vəziyyətdə başında sellofan torba keçirilmiş vəziyyətdə olub. Dərhal xəstəxanaya çatdırılan qız tibb müəssisəsində keçinib.

Qızın yaxınlarının sözlərinə görə, qız sevgilisindən ayrıldığı üçün depresiyada olub. Onun kurs yoldaşı olan Azərbaycan vətəndaşı ilə münasibəti olub. Əvvəlcə hər şey yolunda olub. Amma sonradan gənc oğlan ailəvi biznes problemlərini əsas gətirərək ayrılıb.

Ayrılıqdan sonra ruh düşkünlüyü yaşayan moskvalı qıza yaxınları psixoloqdan kömək almağı təklif etsələr də bunun heç bir faydası olmayıb.


Xəbəri paylaş

7788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___