Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə insident
Tarix: 12-08-2015 | Saat: 14:51
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Fotogalereya | çapa göndər
Tiflis yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində insident baş verib
APA-nın məlumatına görə, dünən baş vermiş insidentlə bağlı bir azərbaycanlı saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, DİN-in baş idarəsinin əməkdaşlarına soyuq silahla hücum edilib və nəticədə iki polis yaralanıb. Poniçala (Soğanlıq) kəndində "Toyota" avtomobilin sürücüsü polis əməkdaşlarını soyuq silahla yaraladıqdan sonra maşına minib və hadisə yerindən qaçıb.
Avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Namiq adlı şəxs də polisə müqavimət göstərib. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı həmin şəxsin üzərindən 26 paket narkotik vasitə aşkarlanıb və ekspertizaya göndərilib.
Poniçala (Soğanlıq) kəndində baş verən insidentlə bağlı Gürcüstan CM-nin 260-cı və 353-cü maddələrinə (narkotik saxlanması və polisə qarşı müqavimət) əsasən cinayət işi qaldırılıb, araşdırma aparılır.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

11-07-2015, 15:44
14 Yaşlı Gəncin yaratdığı Sosial şəbəkə azbook.az
6-10-2017, 15:10
Aşura günü qan verən 122 nəfərdə təhlükəli infeksiya aşkarlandı
27-11-2016, 19:23
Avtobusdan düşən qadın avtomobilin altında qaldı - AZƏRBAYCANDA
20-06-2018, 19:11
DİN-dən məktəblinin zorlanması xəbəri ilə bağlı - AÇIQLAMA
3-05-2022, 03:28
ƏFSANƏ BAĞLANIR
16-02-2017, 19:47
Novruz Bayramında əfv sərəncamı imzalanacaq - KOMİSSİYA ÜZVÜ AÇIQLADI
5-08-2017, 00:03
Amerikalı həkimlərin tövsiyəsi - GÜNDƏ 4-5 DƏFƏ QUCAQLAŞIN
23-06-2023, 10:41
Yol Polisi qeyri-iş günləri ilə bağlı əhaliyə müraciət etdi
16-03-2018, 11:08
ASAN xidmət bayramda işləyəcək? - AÇIQLAMA