Jurnalistin ölümü ilə bağlı daha bir futbolçu tutuldu - FOTO
Tarix: 12-08-2015 | Saat: 13:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
İstintaq-əməliyyat qrupu yaradılıb.
Jurnalist Rasim Əliyevin ölüm işi ilə bağlı tutulanlardan daha biri sabiq futbolçudur.
Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, haqqında həbs-qətimkan tədbiri seçilmiş 6 nəfərin işində olan Camal Məmmədov 2013-cü ildə futbolçu karyerasını başa vurub.
Karyerası ərzində “Standart”, “İnter”, “Karvan”, “Turan” kimi klubların şərəfini qoruyan Camal Məmmədov futzal üzrə Azərbaycan millisində şərəfini qoruyub. Hadisə ilə əlaqədar saxlanılan Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da keçmiş futbolçudur. Elşən İsmayılov “Azal” və “Qəbələ” futbol klublarında oynayıb.
Avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Xəbəri paylaş
6448 dəfə oxunub.
Digər xəbərlər

16-07-2016, 14:31
"Cibini, qarnını üstün tutan, şərəfsizləri..."- aparıcı Zaur
26-11-2016, 16:01
Azərbaycanlı milyarderin qardaşı oğlu "KamAz"la "avtoşluq" etdi - VİDEO
22-11-2018, 15:08
Cənazə aparan maşın aşdı - 7 ölü, 15 yaralı
7-11-2020, 09:45
“Mənim ürəyim Şuşa” musiqi kompozisiyası təqdim olundu - VİDEO
25-09-2022, 14:38
“Neftçi”nin baş məşqçisinin arvadı ilə dava görüntüləri yayıldı - VİDEO
5-08-2017, 11:23
Azərbaycanlı kişi müğənninin YARIÇILPAQ FOTOSU müzakirə olundu
31-03-2017, 18:45
"Hababam sınıfı"nın "Güdük Necmi"si vəfat etdi
7-02-2018, 12:06
Bakıda ailənin tək oğlu faciəvi şəkildə öldü - FOTOLAR