Prezidentin qohumu həbs edildi
Tarix: 11-08-2015 | Saat: 15:08
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Hilal Əsəd qətl törədməkdə ittiham edilir
Suriyanın Latakiya şəhərində prezident Bəşər Əsədin yaxın qohumu Hilal Əsəd qətl törətməkdə ittiham edilərək həbs edilib. İstintaqın əldə etdiyi məlumata görə, dövlət başçısının qohumu yol-nəqliyyat hadisəsi zəminində baş vermiş münaqişə zamanı Həsən əş-Şeyx adlı zabiti güllələyib.
Cinayət Latakiya şəhərinin mərkəzində nəqliyyat işinin ən qızğın vaxtı törədilib. Şahidlərin sözlərinə görə, hərbçi prezidentin qohumunun maşınına yol vermədiyinə görə öldürülüb.
Latakiya şəhərində üzərində Bəşər Əsədin şəkli olan avtomobil
Hadisə hərbi prokurorluq tərəfindən araşdırılacaq. Dövlət başçısı Bəşər Əsəd cinayətkarın layiqli cəza alacağını vəd edib.
Qətl ilə əlaqədar Latakiyada kütləvi etiraz aksiyaları başlayıb. Yerli sakinlər küçələrə çıxaraq Hilal Əsəd məsuliyyətə cəlb edilməsini tələb edib. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə etiraz aksiyasında minlərlə insan iştirak edib.
Qətlə qarşı keçirilən etiraz aksiyası
Xəbəri paylaş
7118 dəfə oxunub.
Digər xəbərlər

10-05-2015, 15:05
Türkiyənin 7-ci prezidenti dünyasını dəyişib.
12-06-2015, 13:23
Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli təfərrüatları Mənbə : İslamazeri
25-02-2023, 12:21
Sabahın havası AÇIQLANDI
24-02-2018, 19:10
Əri müğənnini silahla yaraladı
20-05-2016, 22:03
ABŞ Rusiyanın təklifini rədd etdi
23-06-2018, 12:27
Daha bir erməni hərbçi öldürüldü
3-07-2015, 14:43
VİDEO: Messi ilə hələ belə məzələnən olmamışdı
14-06-2017, 19:52
Kollektiv “Son zəng”də məktəbə yox, onun məzarına yığışdı… - Fotolar
24-04-2015, 14:19
Cennifer Lopez yeni xarici görünüşü
15-04-2015, 22:58
Xocalı ilə bağlı BƏYANAT