Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda iki narkoman məktəbli saxlanıldı
Tarix: 10-08-2015 | Saat: 22:27
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Azərbaycanda iki narkoman məktəbli saxlanıldı
Dövlət Komissiyası məlumat yaydı.

2015-ci ilin 6 ayı ərzində Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri açıqlanıb.

Xeberaz.az Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına istinadla xəbər verir ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində 1953 fakt aşkar edilib ki, onlardan 566-sı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1297-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 10-u isə digərləri təşkil edib.

Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 657 kq 364,621 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 465 kq 331,557 qr marixuana, 109 kq 129,065 qr tiryək, 38 kq 328,239 qr heroin, 41 kq 202,591 qr həşiş,3 kq 710,14 qr psixotrop maddələr və digərləri o, cümlədən 443 kq 185,690 qr çətənə kolu təşkil edib.

Həmçinin, “Xaş-xaş” şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 90 ton 278 kq 60 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Cinayət məsuliyyətinə 1251 nəfər cəlb edilmişdir ki, onlardan 5-i 18 yaşadək, 299-u 30 yaşadək, 906-ı 30 yaşdan yuxarı, 15-i fəhlə, 5-i qulluqçu, 2-i nəqliyyat işçisi, 2-i orta məktəb şagirdi, 1068-i işləməyənlər, 1199-u kişilər,11-i qadınlar, 39 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur.

Əcnəbilərdən 17-si İran İslam Respublikası, 15-i Gürcüstan, 3-ü Türkiyə, 1-i Rusiya Federasiyası, 2-i Ukrayna, 1-i Türkmənistan Respublikasının vətəndaşı olub.


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___