Azərbaycanlılar uşaqlarına Vor, Xiyarə, Cinayətkar adı qoya bilməyəcəklər
Tarix: 10-08-2015 | Saat: 16:14
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
Siyahı hazırlanır.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası Azərbaycanda uşaqlara qoyulan adların siyahısını hazırlayıb.
Xeberaz.az xəbər verir ki, bu barədə “Report”a komissiyanın sədr müavini Sayalı Sadıqova məlumat verib.
O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxandan sonra ictimaiyyətə açıqlanacaq:
“Mövcud siyahı Ədliyyə Nazirliyindən alınıb. Belə ki, hər gün yeni adlar qoyulur və bu yeni adlar Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Sentyabr ayında siyahı AMEA-nın Dil Komissiyasına baxış üçün veriləcək. Komissiyanın təsdiqindən sonra siyahı Ədliyyə Nazirliyinə qaytarılacaq”.
Ədliyyə Nazirliyindən Terminologiya Komissiyasına təqdim olunan siyahıya yenidən baxış keçirilib və anlaşılmaz olan, eyni zamanda gülüş doğuran adlar siyahıdan çıxarılıb:
“Araşdırmalardan sonra Kəsdim, Vor, Cinayətkar, Şüşəbənd, Stəkan, Xiyarə, Portağal, Limonə, Ansambl və başqa adlar siyahıdan çıxarıldı. Xiyarə adı qərb bölgəsində 4-5 qıza qoyulub. Kövsarə adı nisbətən anlaşıldığı üçün onu siyahıdan çıxarmadıq”.
Övladına ad qoymağın hər bir vətəndaşın hüququ olduğunu deyən S.Sadıqova hesab edir ki, valideynlər övladlarına ad qoyanda çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar.
Xəbəri paylaş
6268 dəfə oxunub.
Digər xəbərlər

1-04-2016, 14:18
Çingizə elə bir zarafat etdilər ki... - video Çingizə elə bir zarafat etdilər ki... - video
6-01-2017, 15:27
Qəhrəman polisin şəhid olduğu an – Video
16-03-2021, 11:37
Ata Abdullayev mütəşəkkil dəstənin üzvü olub
27-11-2019, 13:02
Qubada bələdiyyə sədri qanunsuz torpaq satdı
22-08-2016, 15:09
AXCP üzvünün öldüyü qəzadan dəhşətli görüntü - VİDEO
9-05-2022, 13:03
Laçında "Ural" aşdı - Ölən var
25-03-2016, 20:00
Məşhur cütlük boşandı - FOTO
22-03-2022, 11:21
Ağstafada eyni yolda iki qəza: Yaralılar var
21-05-2022, 11:21
Azərbaycana may ayında qar yağdı - FOTO
21-05-2016, 18:21
Pilotlar yatdı: təyyarə saatlarla özü uçdu