Xərçəng xəstəliyinin müayinəsində inqilab (FOTO)
Tarix: 09-08-2015 | Saat: 18:40
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
İtlər iyləyərək insanlarda xərçəngin olub-olmadığını müəyyən edəcəklər.
İngiltərədə xərçəng xəstəliyinin müəyyən edilməsində çox qeyri-adi bir yenilik tətbiq ediləcək. ANS PRESS-in məlumatına görə, Milton Kins xəstəxanasında göstərilən Milli Sağlamlıq Xidmətlərində (NHS) itlərin istifadə edilməsinə icazə verilib. Lakin bunlar adi itlər deyil. Bu heyvanlar bəzi xərçəng xəstəliklərini iyləyərək müəyyən edə bilirlər.
Məsələ burasındadır ki, 2009-cu ildə Deyzi adlı it qeyri-adi hərəkətləri ilə diqqəti sahibəsindəki xərçəng xəstəliyinə çəkmişdi. Müayinə zamanı qadının süd vəzisi xərçəngi olduğu məlum olmuşdu. Bundan sonra araşdırmalar aparıldı və 9 it bu cür sınaqların keçirilməsi üçün seçildi.
Xərçəng xəstəliyinin müəyyən edilməsində istifadə edilən itlər
İndi Deyzi və daha 8 it əvvəlcə prostat vəzi xərçənginin müəyyən edilməsində sınanılacaq. Çünki 2011-ci ildə bu xərçəng növü İngiltərədə 41 min 726 nəfərdə müəyyən edilərək ən geniş yayılan xərçəng xəstəliyi olmuşdu. Daha sonra həmin 9 itin böyrək xərçəngini müəyyən etmə bacarığı yoxlanılacaq. Sonda heyvanlar 3 min adamın sidik analizlərini qoxlayaraq xərçəngin olub-olmadığını müəyyən edəcəklər.
İtlərlə aparılan testlər uğurlu olarsa, bu, insanların yanlış müalicəsinin qarşısını alacaq. Çünki bəzən Prostat Spesifik Antigen (PSA) müayinələrində səhvlər olur və insanlara yanlışlıqla biopsi yoxlamadan keçməli olduqları deyilir. Nəticədə bir çoxları lazımsız və ya səhv müalicə alırlar.
Xəbəri paylaş
6808 dəfə oxunub.
Digər xəbərlər

13-04-2017, 18:10
Bakıda 2 övladının başı kəsilən qadından – YENİ XƏBƏR
29-06-2015, 16:19
Azərbaycanlı iş adamı minaya düşüb - DONETSKDƏ
26-06-2022, 12:22
Həftədə 1 dəfə 24 saat... Sağlam və cavan olmaq istəyənlər oxusun!
26-01-2016, 17:21
Azərbaycan qadınlarını Türkiyədə satan şəxs saxlanıldı
15-11-2021, 13:13
Fotoşoplu şəkillərinə görə lağa qoyuldu
19-08-2017, 11:02
Məşhur avtoritet Şeyx Həmzət Lənkəranskinin qəbri üstündə - Video
15-03-2017, 21:42
Ürəyin və sinir sisteminin sağlamlığı üçün İYDƏ yeyin
16-06-2015, 12:59
Azərbaycanlı qızı qətlə yetirən seksual manyak cəzasız qaldı
23-08-2015, 14:27
İran Azərbaycanla əməkdaşlığı genişləndirir