Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daşkəsəndə qeyri-adi tapıntı - FOTOLAR
Tarix: 04-08-2015 | Saat: 17:57
Bölmə:Karusel / M2 / Araşdırma | çapa göndər

Daşkəsəndə qeyri-adi tapıntı - FOTOLAR

Zəylik kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı bir ədəd kurqan, 5 ədəd isə daş qutu məzar aşkarlanıb.

Xeberaz.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, məzarlarda xeyli sayda saxsı qablar və metal əşyalar tapılıb. Bu əşyalar e.ə. X-IX əsrə aiddir. Başqa sözlə, onların 3 min ilə yaxın yaşı var.
Arxeoloji tapıntı öz unikallığı ilə fərqlənir. Bu tip abidələrə Azərbaycan ərazisində ilk dəfədir ki, rast gəlinir. Kurqan sahəsinə və quruluşuna görə əvvəl aşkarlanan tapıntılardan seçilir. Arxeoloji kəşfiyyat nəticəsində müəyyən olunub ki, burada saysız miqdarda daş qutu və kurqanlar mövcuddur. Bu isə 3 min il əvvəl Daşkəsən ərazisində yerli tayfaların sıx məskunlaşdığını sübut edir.

Bəxtiyar Cəlilov - arxeoloq: "Kurqanın kamerası həddən artıq böyükdür. Onun uzunluğu 5 metr, eni 2.5 metr, hündürlüyü isə 2.5 metrdir. Kurqanın içi qaya daşlarından ibarətdir. Burada istifadə olunan qayaların çəkisi 2 tondan artıq olub diametri 2.5 metr, qalınlığı 60 santimetrdir. Onların 3 min il bundan əvvəl buraya gətirilməsi və yerləşdirilməsi təəccüblüdür".










Xəbəri paylaş

1 2518 dəfə oxunub.

Digər xəbərlər
20-10-2016, 15:05 "Qarabağ"da böyük ŞOK

bütün xəbərlər
____ Instagram ___