Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bir çox xəstəliklərin dərmanı olan oriyental rəqsin faydaları
Tarix: 04-08-2015 | Saat: 16:43
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

Bir çox xəstəliklərin dərmanı olan oriyental rəqsin faydaları
Son günlər idman zalları aerobika və trenajorda idman məşqləri ilə yanaşı rəqslər vasitəsilə arıqlamağı, bədən quruluşunu düzəltməyi təklif edir. Bu rəqslərdən ən populyarı ərəb xalq rəqsi olan göbək rəqsidir.

Xeberaz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, göbək rəqsi ilə məşğul olmaq bütün əzələlərə yaxşı təsir edən xoş aerobikadır. Əsas hərəkətlər qarın boşluğunun hərəkətdə olması ilə müşahidə olunur. Nəticədə bir neçə aydan sonra bel hissəsi çox incəlir. Göbək rəqsi zamanı bədənin yuxarı hissəsi də hərəkətdə olduğundan sinənin forması yaxşılaşır. Bu rəqs döşündə mastopatiya və uşaqlığında fibroması olan qadınlar üçün yaxşı profilaktikadır. Bundan başqa, göbək rəqsi qan təzyiqini normaya salır, nəfəs almağa nəzarət etməyə kömək edir.
Bu rəqs onurğa sütunu üçün həm də yaxşı masajdır. Yeri gəlmişkən, göbək rəqsi antisellülit masajını əvəz edən əla vasitə hesab olunur. Bundan başqa, ərəblərin dünyaya yaydığı rəqs zamanı, həmçinin daxili orqanlar, o cümlədən mədə-bağırsaq sistemi masaj olunur.
Lakin bütün bu üstünlükləri ilə yanaşı ərəb rəqsinin mənfi xüsusiyyəti, əks təsiri də mövcuddur. Belə ki, bu rəqs yumurtalığında kista (şiş) olan, ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərə tövsiyə edilmir. O cümlədən, hamilə qadınlar bu rəqslə məşğul olarkən ehtiyatlı olmalıdırlar.



Xəbəri paylaş

1 7958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___