Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tacir Şahmalıoğlunun qardaşı dənizdə niyə batdı? - TƏFƏRRÜAT
Tarix: 01-08-2015 | Saat: 16:29
Bölmə:Karusel / Hadisə / Şou-Biznes / Məşhurların Taleyi | çapa göndər

Tacir Şahmalıoğlunun qardaşı dənizdə niyə batdı? - TƏFƏRRÜAT
Mahir Abdullayev qoruyucu jileti qadına verib...

Müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batmasının bəzi detalları məlum olub.

Xeberaz.az -ın APA TV-yə istinadən məlumatına görə, hadisə Novxanı çimərliyində baş verib.

36 yaşlı Mahir Şahmalı oğlu Allahverdiyev, onun bacısı oğlu, dostu və bir qadın iki skuterlə dəniz gəzintisinə çıxıblar. Mahir Allahverdiyev gəzintiyə çıxmazdan əvvəl üzərindəki qoruyucu jileti yanındakı qadına verib. Gəzinti zamanı qeyri-müəyyən səbəblərdən skuterlərin hər ikisi aşıb. Üzərində qoruyucu jilet olan üç nəfər xilas olsa da, Mahir Allahverdiyev batıb.

Hadisədən dərhal sonra dənizdə 36 yaşlı kişinin axtarışlarına başlanılıb. Mahir Allahverdiyevin ailə üzvləri və yaxınları sahilə toplaşaraq, həyəcanla gözləməyə başlayıblar. Xilasedicilərin səylərinə baxmayaraq, gecəyədək Mahir Allahverdiyevi tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Mahir Allahverdiyev Tacir Şahmalıoğlunun ən kiçik qardaşıdır.

Onun 2 azyaşlı övladı - 3 yaşlı qızı, 1 yaşlı oğlu var.

Hazırda Mahir Abdullayevin cəsədinin tapılması istiqamətində işlər davam etdirilir.


Xəbəri paylaş

1 4288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___