Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Komputer ustaları xanım müştəriləri necə şantaj edir? - Çox təəccüblənəcəksiniz
Tarix: 01-08-2015 | Saat: 13:46
Bölmə:Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

Komputer ustaları xanım müştəriləri necə şantaj edir? - Çox təəccüblənəcəksiniz
Telefon və komputerlərinizi tanımadığınız ustaya əmanət etməyin
Müasir dövrümüzdə texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Evdə, işdə, yolda onun yaratdığı üstünlüklərdən istifadə edirik. Şəkillərimiz, sevdiyimiz müsiqilər, bəzən maraqlı qeydlər, yaxınlarımızla danışıqlarımız, demək olar bütün şəxsi məlumatlarımız o qutuların içərisindədir. Elə vaxt olur ki, cihazlarda problemlər yaranır. Donur, yaxud da xarab olur. Məcbur oluruq təmir üçün ustaya yaxınlaşaq. Cihazı təmirə verib bir neçə gün sonra gəlib götürürük. Amma elə əsas problem də bundan sonra başlayır.

Bax, belə bir hadisə emailimzə müraciət edən şəxsin başına gəlib. Qadın istifadəçimiz bildirir ki, bu günlərdə xarab olmuş noutbukunu ustaya aparıb. Və elə problem də bundan sonra başlayıb.

Usta komputerin təmir etməklə yanaşı, xanımın yaddaşda olan fayllarını açıb və şəxsin məlumatlarını arxivləşdirib.

“Usta zəng vurur, istədiyini etməsəniz şəxsi məlumatlarınızı paylaşacağını deyir.Məlum olur ki, o, cihazı təmir etdirdikdən sonra içərisindəki şəxsi məlumatları öz cihazına köçürüb, heç nə olmamış kimi pulunu alıb cibinə qoyub”.

Təbii ki, bu bir şantajdır və hüquq-mühafizə orqanları bu halla məşğul olacaq.

Amma...

Təəssüflər olsun, qadınlar bu tipli problemlə daha çox rastlaşır. Yaxınlarınızın və sizin bu kimi hallarla qarşılaşmasını istəmirsinizsə tanımadığınız ustaya komputer, telefon və kimi şəxsi məlumatlarınızın olduğu cihazınızı əmanət etməyin.


Xəbəri paylaş

8008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___