Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əri "Gözəlçə"ni boşayır (FOTO)
Tarix: 31-07-2015 | Saat: 15:47
Bölmə:Karusel / Şou-Biznes / M2 / Məşhurların Taleyi | çapa göndər

Əri "Gözəlçə"ni boşayır (FOTO)
Culiya Robert 13 illik evlilikdən sonra əri ilə ayrılır
Məşhur cütlük Culiya Roberts və Denni Moderin boşanma xəbərləri yayılıb. ANS PRESS-n məlumatına görə, 13 illik evlliyin bitməsi xəbərini yazan Qərb mətbuatı bu ayrılığı Hollivud üçün təbii hesab edir.

"Hollivudda heç olmasa bir nikahın dağılmaması mümkündürmü?" sualını verən müəllif, hollivud ulduzlarının boşanmasını təəssüf hissi ilə qarşılayıb.

Roberts gələcək əri ilə 2001-ci ildə "Meksikalı" filminin çəkilişlərində tanış olub. Denni operator işləyirdi. Cütlüyün yaxın ətrafından olan mənbə, məhz onun nikahı pozmaq qərarına gəldiyini deyib.

"Denni sadəcə münasibətlərinin artıq səmimi və ər-arvad münasibətlərinin bitdiyini hiss edir", – mənbə bildirib.

Mənbənin sözlərinə görə, Roberts həmişə hər şeyi öz kefi istədiyi kimi edib, həm də o, çox emosiyalıdır: dava sala bilər, bir dəqiqədən sonra isə üzr istəyə bilər.

Aktrisa isə ərini ittiham etməyə söz tapıb: Culiya anası və bacısı dünyasını dəyişirkən Denninin ona dəstək ola bilmədikdə günahlandırıb. Baxmayaraq ki, Moder arvadının yanında olduğunu və kömək etməyə cəhd etdiyini deyir. Bu söz-söhbətin nəticəsində 13 ildən sonra Moder yorulduğunu və artıq səbrinin tükəndiyini deyib.

Baxmayaraq ki, boşanmanı məhz ər istəyir, Roberts 225 milyon dollarlıq var-dövlətinin böyük hissəsini itirə bilər. Cütlük təzəliklə iki evlərini satışa qoyublar: Havay adalarında və Manxettendə. Həmçinin onlar bu evlilikdən dünyaya gəlmiş üç uşağın kimin himayəsində qalacağını müəyyən etməlidirlər.


Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___