Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əcnəbi müğənnilərin qucağında oturan qızlarımız - "nədən böylə yapıyorlar?"
Tarix: 28-07-2015 | Saat: 14:45
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

Əcnəbi müğənnilərin qucağında oturan qızlarımız - "nədən böylə yapıyorlar?"
Bakıya çoxlu xarici müğənnilər gəlir. Onlardan biri də bu yaxınlarda Bakıya təşrif buyuran Azis oldu. O konsert üçün Bakıya yollanmışdı. Azisin konserti zamanı qızların elədiyi hərəkətlər bütün medianı təəccübləndirdi. Azislə birlikdə səhnədə oynayan, onun qucağında oturan qızlara təəccüblü baxmaq lazım deyil.

Çünki bu qızlar təkcə Azisin qucağında yox, Bakıya gələn əksər kişi müğənnilərinin qucağında da oturur, onlar üçün özlərini öldürmək də istəyir və onları öpmək üçün sıra gözləyirlər. Bu hal da onlardan biridir.

Amma mənim anlamadığım bu qızların məqsədlərinin nə olmasıdır.

Gül kimi millətik, əxlaqlı qadınlarımız var. Amma bu cür tiplərin adının Azərbaycanın ünvanına hallanması nədir?

Qızlarımızın adınımı batırmaq yoxsa....

Belə hekayələr hələ bununla da bitmir. Yadınızdadırsa, belə bir hala oxşar Azərbaycanlı qızın türkiyəli müğənniyə görə nişanını qaytarmasıdır. Sanki Tarkan nişanı atdığına görə ona təşəkkür edib, o qızla evlənəcək.

Bu nə məntiqdir axı?

Belə qızlara görə azərbaycanlı qızların adının xaricdə pis hallanmasını kim istəyər axı?

Əlbətdə ki, heç kim.



Heç yadımdan çıxmır Bakıya Rafet El Romanın və Yusuf Güneyin gəlməsi. Əksər qızlar onların əllərinə toxunmaq, onları öpmək üçün birlərini parçalayırdılar. Hətta biri səhnədən çıxıb Yusuf Güneyi öpmək də istəmişdi.

Belə halların olması Azərbaycan üçün heç də yaxşı bir hal deyil. Bunun qarşınısını isə necə almalı olduğumuzu hələ də bilmirik.

Maraq doğuran suallardan biri isə bu qızların bu hərəkətləri etdikdən sonra özlərini necə hiss etdikləridir. Onlar bu hərəkətləri etdiyi zaman onlar üçün xoşagələn bu hadisə bir an kimi yadda qalır? Yoxsa dönüb arxaya baxdıqlarında utanmırlarmı? Ya da həmin qızların evdə valideynləri bu hərəkətlərə nə reaksiya verir?

İnsan kiməsə pərəstiş edə bilər, hətta onun musiqiləri bütün günü dilindən də düşməyə bilər. Evdə, maşında onun mahnılarına qulaq asa, kinolarına baxa bilərlər. Amma bu o demək deyil ki, həmin müğənninin və ya aktyorun qucağında oturub, onunla şəkil çəkdirmək lazımdır. Tanınmışların da bizim kimi insan olduqlarını unudanlar üçün bir daha xatırlatmaq istəyirəm. Onlar da bizim kimi insandırlar. Onların da bir kişiliyi və ehtirası var. Kukla ya da maket deyillər ki, onlarla belə davranır, ağzının içinə girirsiniz. Özünüzə hörmət edin. Əgər vətəninizə, millətinizə hörmət etmirsinizsə. Bu halı Avropa ölkələrində etsəydiniz bəlkə də bu qədər qabardılmazdı. Amma bura Azərbaycandır unutmayın. Və bizim mentalitetimizi var. Müasir Azərbaycan gənclərinə belə hərəkətlər heç də yaraşmır.


Xəbəri paylaş

1 1448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___