Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Utansınlar, o qız mən deyiləm" - fotolar
Tarix: 28-07-2015 | Saat: 13:11
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

"Utansınlar, o qız mən deyiləm" - fotolar
“Haqqımda yayılmış məlumatların heç bir əsası yoxdur. Bunu özümə qarşı təxribat kimi qiymətləndirirəm. Belə yalan xəbərlər yayan saytlar məhkəmə qarşısında cavab verəcəklər”.
Axşam.az xəbər verir ki, bunu “AzərFaks”a açıqlamasında teleaparıcı Zəhra Rüstəm-Osmanova mətbuatda barəsində yayılmış məlumatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda heç bir yerdə işləmir və onu yanlış olaraq ANS-in əməkdaşı kimi təqdim edirlər:

“Məlumatlarda adıçəkilən sərgi iki il əvvəl keçirilib. Mən həmin sərgidə əsərlərimi nümayiş etdirmişəmsə, bu o demək deyil ki, həmin fotolardakı şəxs mənəm. Qətiyyən belə deyil, o gürüntülərdəki şəxs mən deyiləm. İki il əvvəlki tədbir barədə dünən olubmuş kimi xəbər yaymaq və üstəlik həmin məlumatlara şəxsimə yönəlik təhqiredici başlıqlar qoymaq təkcə peşəkarlıq səviyyəsini göstərmir. Bu həm də mənəviyyatdan uzaq davranışdır. Kim bunu edib, nə məqsədlə edib, hamısını məhkəmə aydınlaşdıracaq. Bir daha hər kəsin nəzərinə çatdırıram ki, yayılmış fotolardakı şəxs mən deyiləm. Bunu edən adamlar əməllərindən utansınlar. Heç kəs onlara haqq verməyib ki, insanların heysiyyatına toxunsunlar”.
Z.Rüstəm-Osmanova onu da qeyd edib ki, hazırda məsələ vəkili tərəfindən araşdırılır.







Xəbəri paylaş

2 8908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___