Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu adam -Ördək balalarını öldürdü, 3 il həbs cəzası aldı
Tarix: 28-07-2015 | Saat: 10:56
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər

Bu adam -Ördək balalarını öldürdü, 3 il həbs cəzası aldı
9 ördək balasını otbiçənlə əzən bağban balaları bilə-bilə əzib.
ABŞ-da otbiçənlə 9 ördək balasını qəsdən öldürməkdə ittiham olunan gəncə hökm oxunub. ANS PRESS-in məlumatına görə, bu barədə xəbəri "The Independent" nəşri yazıb.

Hadisə Florida ştatının Vellinqton şəhərinin Palm-Biç rayonunda baş verib.

24 yaşlı bağban Ceyson Skott Felbo 2 may tarixində qazonu biçərkən bir neçə ördək balasını otbiçənlə əzib. Hadisə barədə polisə və heyvanlarla davranış nəzarəti (Animal control service) xidmətinə şikayəti isə yerlilərdən biri - Boyd Yentç ailəsi edib.

Yentçin sözlərinə görə, bağban ördəklərə hücum edən zaman, o qohumu ilə birgə ördək və onun 11 balasına yem verirdi. Şahid bildirir ki, Felbonu etdiyi hərəkətdən çəkindirmək istədikdə isə o gülümsəyərək, elə bil acığa otbiçəni arxaya sürməyə başlayıb və daha çox ördək balasını tapdalayıb. Ördəklərin anası 4 balası ilə birgə hücumdan qaçaraq yaxınlıqdakı gölməçəyə sığınsalar da, balalardan daha ikisi aldığı yaralardan orada ölür.


Nyu-York mərkəzi parkında ördək balaları

“Onlar mənim yoluma çıxdılar, ona görə də mən biçimə davam etdim”- bağban polislərə hərəkəti belə izah edib. İstintaq nəticəsində Felbonun işlədiyi bağın sahibləri onun birinci iş gününün olduğunu bildiriblər. Bağban ördək balaları ilə vəhşi davranışına görə bir il həbs həyatı sürməli olacaq. Ona daha 2 il şərti iş veriblər.


Nyu-York “Animal control service” polisinin loqosu


Qeyd edək ki, bu ABŞ-da ördəklərə qarşı olan ilk zorakılıq hadisəsi deyil. 2007-ci ildə Kanzas ştatından olan 11 yaşlı məktəbli də ördəkləri öldürməsi ilə əlaqədar ittiham olunub. Uşaq sinif yoldaşlarına danışıb ki, məktəbin yanında yuva quran ördək və iki balasını öldürüb. Lakin istintaq nəticəsində məlum olub ki, ördəklər ehtimal edilən qətldən iki gün əvvəl ölüblər. Məktəbli isə dediklərini təkzib edərək, sadəcə zarafat etdiyini bildirmişdi.


Xəbəri paylaş

7358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___