İŞİD Türkiyə kurortlarını hədəfə aldı
Tarix: 25-07-2015 | Saat: 20:17
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Xeberaz.az virtualaz.org-a istinadən bildirir ki, Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın şimalındakı İŞİD hədəflərinə hava zərbələri endirməsindən sonra terrorçular buna kurort bölgələrinə hücumla cavab verəcəklərini elan ediblər.
İŞİD-in adından Twitterdə yayılan xəbərdarlıqlara görə otellərdə, çimərliklərdə, muzeylərdə və turistlərim sıx cəmləşdiyi digər yerlərdə terror hücumu gözlənilir.
Abdullah Guraba adlı İŞİD-çinin yaydığı belə mesajlardan birində deyilir: "Qardaşlar, yaxınlarınızı xəbərdar edin! Bu aralar turizm bölgələrindən uzaq dursunlar. İstanbulda da turizm bölgələrindən uzaq durun!"
Eliya Maqner adlı jurnalist isə Twitterdən Türkiyə hakimiyyətini xəbərdar edib ki, ölkə ərazisində İŞİD-in çoxlu sayda "yatmış özəkləri" və "tənha qurdları" hücuma hazır gözləyir.
Bundan əvvəl Britaniyanın "Daily Mail" nəşri Türkiyənin Qara dəniz sahillərindəki kurortlardan birində istirahətdə olan İŞİD terrorçusu Pasaliasi İsdenin fotolarını yayımlayıb.
Həmin terrorçunun bundan əvvəl Suriyada hökumət əsgərlərini edam edərkən görüntüləri yayılmışdı. Terrorçu Türkiyədə dincələrkən çəkdiyi şəkilləri özü facebookda yayıb.
Beləliklə, məlum olub ki, Suriyada baş kəsən İŞİD-çilər dincəlmək üçün maneəsiz Türkiyəyə keçə və Qara dəniz kurortlarında foto çəkdirib sosial şəbəkələrdə yerləşdirə bilirlər. Britaniya nəşri yazır ki, Pasaliasi İsde əvvəllər xristian olub.
Xəbəri paylaş
9488 dəfə oxunub.
Digər xəbərlər

9-06-2015, 23:46
Xoş gəldin, Körpə! - FOTO
22-11-2022, 13:28
18 yaşında təcavüzə uğradığını, körpəsini anasının öldürdüyünü 44 İL SONRA ETİRAF ETDİ - VİDEO
16-03-2016, 12:02
Bayram axşamı tonqalda yandılar: çərşənbə FACİƏSİ
16-12-2016, 16:03
Faiq Ağayevə qarşı TƏXRİBAT: “Belə də zülm olar?”
3-02-2017, 11:39
Pakistan erməni işğalı ilə bağlı qərar qəbul etdi
10-12-2022, 09:47
Bir-neçə limonu ortadan 4 yerə bölün və çarpayınızın altına qoyun
23-05-2023, 12:51
Bakıda polisə dəyənəklə hücum edən şəxs cinsi azlıq nümayəndəsi olub - YENİ DETALLAR
24-12-2021, 10:31
Bakıda DƏHŞƏTLİ QƏTL: Səhər yeməyində anasının başını kəsdi - VİDEO