Xədicə İsmayılova yenidən məhkəmə qarşısında (VİDEO)
Tarix: 24-07-2015 | Saat: 17:43
Bölmə:Karusel / Gündəm / M2 / Araşdırma | çapa göndər
Jurnalistin vəkilinin qardırdığı vəsatətlərin heç biri təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın işi üzrə hazırlıq iclası keçirilib.
ANS TV-nin məlumatına görə, məhkəmə iclasında jurnalist Xədicə İsmayılovanın cinayət işindən uzaqlaşdırılan vəkili Yalçın İmanovun geri qaytarılması, 125-ci maddə üzrə cinayət işinə xitam verilməsi, həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə verilən vəsatətlər təmin olunmayıb.
Məhkəmə iclasına kütləvi informasiya nümayəndələri buraxılmasa da Azərbaycanda fəaliyyət göstərən bəzi xarici ölkələrin səfirliklərinin nümayəndələri iştirak edə biliblər. Prosesdə həmçinin X.İsmayılovanın anası Elmira İsmayılova da iştirak edib.
Vəkil Fariz Namazlı cinayət işinə xitam verilməsi, prosesdə audio-video çəkilişin aparılması, Xədicə İsmayılovanın barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi və digər vəsatətlərlə çıxış edib.
Fariz Namazlı bilidirib ki, X.İsmayılovaya yönələn ittihamlar birbaşa onun radio fəaliyyəti ilə bağlıdır. Məhkəmədə radio nümayəndəsinin iştirakı da lazım olduğu üçün onun məhkəmədə çıxışının təmin olunması vəkil tərəfindən xahiş edilib. Məhkəmədə heç bir vəsadət təmin olunmayıb, bircə radio nümayəndəsinin çıxışı açıq saxlanılıb.
Jurnalist Xədicə İsmayılova
Prosesdə iştirak edən vəkillərin sözlərinə görə, məhkəmə baxışı avqustun 7-ə təyin olunub.
Xatırladaq ki, Xədicə İsmayılova barəsində başqasını özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə Xədicə İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin həmin müddət bir neçə dəfə uzadılıb.
Xəbəri paylaş
6298 dəfə oxunub.
Digər xəbərlər

12-05-2017, 13:35
Tramp üçün ölüm təhlükəsi: Təyyarəsi partlaya bilərdi
14-09-2023, 16:54
Ağamirzədən Baləlinin bahalı maşın almasına reaksiya: "Hədiyyə ancaq qadın müğənnilər üçündür"
17-07-2017, 16:20
Qumarda külli miqdarda pul uduzan xəzinədardan ŞOK CİNAYƏT - FOTOLAR
27-05-2019, 11:12
UEFA Azərbaycanda Mxitaryanla bağlı təxribatın qarşısını aldı
6-05-2016, 16:41
Zakir Həsənov Latviya səfiri ilə görüşdü
4-10-2018, 12:30
Elmar Vəliyevin yeni görüntüsü yayıldı - Oğlu paylaşdı - FOTO
14-10-2016, 11:32
Qarşımızda yeni çağırışlar dayanır - İlham Əliyev