Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türk qırıcılarıları İŞİD-a 4 bomba atıb (FOTO)
Tarix: 24-07-2015 | Saat: 12:41
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər

Türk qırıcılarıları İŞİD-a 4 bomba atıb (FOTO)
Baş nazirlik gecə saatlarında Suriya ilə sərhəddə keçirilən hava hücumu barədə açıqlama yaydı.
Türkiyənin baş nazirliyi Suriyada İŞİD mövqelərinin bombardıman edilməsi barədə açıqlama yayıb. ANS PRESS-in məlumatına görə, açıqlamada deyilir ki, baş nazir Əhməd Davudoğlu iyulun 23-də Çankaya iqamətgahında keçirilən Təhükəsizlik toplantısında sərhəddə yaşanan DAEŞ (İŞİD) hücumlarını qiymətləndirib və görüləcək təhlükəsizlik tədbirlərinə qərar verib.

Bu çərçivədə Türk Hava Qüvvələri terror təşkilatına aid Suriyadakı hədəfləri vurmaq üçün əməliyyat keçirib.

"Saat 03:12 də (Bakı vaxtı ilə 05:12) Diyarbakır hava bazasından 3 ədəd F-16 havalanıb. Saat 03:40 - 03:53 arasında icra edilən hərbi əməliyyat zamanı İŞID-a aid 3 hədəf vurulub. Daha öncədən müəyyən edilən 2 qərargah və 1 toplanma nöqtəsinə 4 bomba atılıb. Qırıcılar saat 04:24-də bazaya geri qayıdıblar.

Türkiyə Cumhuriyyəti milli təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri görməkdə qərarlıdır.

Türkiyəyə məxsus qırıcılar.

Əməliyyata ötən gün şəhid olan hərbçi Yalçın Nanənin adı verilib.
Nazirlik tərəfindən ictimaiyyət bu proseslə bağlı müntəzəm olaraq məlumatlandırlacaq", deyə nazirliyin açıqlamasında qeyd edilir.

Bundan əlavə Suriyadan açılan atəşdən sonra Türkiyə Silahlı Qüvvələrinin (TSK) 60 xüsusi təyinatlı desantdan ibarət 2 taboru İŞİD-in nəzarətində olan Suriyanın Ayyaşə kəndinə girib. ANS PRESS-in məlumatına görə, sərhəddən 9 km içəriyə girən desantlar kəndə nəzarəti ələ keçiriblər.

Bu arada qeyd edək ki, Suruc da 32 nəfərin kamikadze hücumu nəticəsində ölməsindən sonra Ə.Davudoğlunun təlimatı ilə müşavir Kamal Madenoğlunun rəhbərliyi ilə Baş nazirlik Koordinasiya mərkəzi yaradılıb.

Türkiyə- Suriya sərhəddi.


Xatırladaq ki, Suruç da terror aktı iyulun 20-də baş veri b. Kobaniyə yardım aparan gənclərin arasında 18 yaşlı İŞİD-çı özünü partladıb. Nəticədə 32 nəfər ölüb, 100-ə yaxın adam yaralanıb. Bu hadisədən sonra Şanlıurfada iki polis qətlə yetirilib.


Xəbəri paylaş

6228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___