Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranda ağır yol qəzası: ölən var
Tarix: 22-07-2015 | Saat: 18:15
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Lənkəranda ağır yol qəzası: ölən var
Hadisə rayonun dağlıq kəndlərindən birində baş verib.
Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun dağlıq kəndlərindən biri olan Gəgiran kəndində baş verib.

Lənkəran Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Gəgiran kənd sakini 1987-ci il təvəllüdlü Zamin Rza oğlu Əliyev “QAZ-66” markalı yük maşında idarəetməni itirərək dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə əyləşən sərnişin Gəgiran kənd sakini, 1973-cü il təvəllüdlü Mustafa Aşur oğlu Axundov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ətrafdakı sakinlərin köməyi ilə onu dərhal xəstəxanaya aparmaq üçün avtomobilə yerləşdiriblər. Lakin M. Axundov xəstəxanaya gedərkən yolda dünyasını dəyişib.

Avtomobilin sürücüsü Zamin Əliyev isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan ANS PRESS- ə verilən məlumata görə Z.Əliyev reanimasiya şöbəsinə gətirilərkən qapalı kəllə-beyin travması alıb: "Ona lazımı tibbi yardım göstərilib. Hazırda vəziyyəti normaldır".

Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbəri paylaş

8718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___