Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“AzPatent” işçi axtarır
Tarix: 22-07-2015 | Saat: 16:10
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

“AzPatent” işçi axtarır
Komitə məlumat yaydı.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (“AzPatent”) işçi axtarır.

Xeberaz.az xəbər verir ki, Oxu.Az-a komitədən verilən məlumata görə, 5 ixtisas üzrə qəbul keçirilir.

- Kimya və neft emalı sənayesi üçün texnoloji maşın və avadanlıqlar;

- Üzvi kimya və üzvi maddələrin kimya texnologiyası;

- Neft-qaz mühəndisliyi;

- Elektron avadanlıqlar;

- Əczaçılıq kimyası.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər peşə ixtisası üzrə yüksək biliklərə malik olmalı, Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli, kompüterdə işləmək üçün minimal biliklərə malik olmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı sənədləri

- “AzPatent” direktorunun adına yazılmış Ərizə;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali təhsil haqqında diplomun surəti;

- Əmək kitabçasının surəti.

2015-ci il sentyabrın 3-nə kimi həftənin I-V günləri saat 11-dən 17-dək “AzPatent”in İnsan resursları və hüquq şöbəsinə təqdim edə bilər.

(Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53 (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin yaxınlığında).

Əlaqə telefonları: 594 37 70 (71), daxili 109; (055) 451 18 01.


Xəbəri paylaş

9168 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___