Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Apple yeni bir rekorda imza atdı
Tarix: 22-07-2015 | Saat: 12:11
Bölmə:Karusel / Gündəm / M2 / Texnologiya | çapa göndər

Apple yeni bir rekorda imza atdı
Şirkət son hesabatını yaydı.

Apple 2015-ci ilin III rübündə (aprel-iyun) 49,6 milyard dollar gəlir və 10,7 milyard dollar xalis mənfəət əldə edərək yeni bir rekorda imza atıb.

Bu göstəricilərdə 2014-cü ilin analoji dövrü ilə müqayisədə gəlirləri 33%, xalis mənfəəti isə 39% çoxdur.

Qeyd edək ki, şirkət 2014-cü ilin üçüncü rübündə 37,4 milyard dollar gəlir və 7,7 milyard dollar xalis mənfəət açıqlamışdı.

Şirkətin iPhone satışlarından əldə edəcəyi gəlirlə bağlı proqnozlar özünü doğrulmayıb.

Belə ki, Apple-in iPhone satışlarından gəliri 47 milyon 534 min dollar olub. Bu da ötən ilin analoji, yəni III dövrü ilə müqayisədə 35% çoxdur. Şirkət iPhone satışlarının adıçəkilən dövr üçün 48,8 milyon dollar olacağını proqnozlaşdırmışdı.

Apple 2015-ci ilin birinci rübündə isə 74 milyon 500 min ədəd iPhone satmaqla bütün dövrlərin rekordunu qırmışdı.

Bundan əlavə, şirkətin iPad satışları 2014-cü ilin üçüncü rübünə nisbətən 17% azalaraq, 10 milyon 931 min ədədə düşüb. Şirkət 2014-cü ilinin analoji dövründə isə 12 milyon 623 min ədəd iPad satmışdı.

Xatırladaq ki, şirkət gəlirlərinin 64%-ni ABŞ xaricindən reallaşdırılan satışlardan qazanıb.

Apple proqnozlaşdırır ki, 2015-ci ilin III rübünün sonunda şirkətin gəlirləri 49 - 51 milyard dollar arasında ola bilər. Bazar isə bu proqnozun 51,1 milyard dollar səviyyəsində olacağını bildirmişdi.oxu.az


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___