Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni tankları partladıldı: xeyli itki var (VİDEO)
Tarix: 21-07-2015 | Saat: 21:18
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər

Erməni tankları partladıldı: xeyli itki var (VİDEO)
Yaralılar isə Xankəndi şəhərindəki hospitala yerləşdirilib.
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimə məxsus iki ağır hərbi texnika minaya düşüb.

Ermənistan Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə, "T-72" tankları "hərbi texnikanın idarə olunmasına dair təlimlərə" gedərkən partlayıb.

Nəticədə tanklardan birinin ekipaj üzvləri hadisə yerində həlak olub.

Digər tankın ekipaj üzvləri isə ağır vəziyyətdə erməni işğalı altındakı Xankəndi şəhərindəki hospitala yerləşdirilib.

Hadisənin təfərrüatlarının araşdırılması üçün əməliyyat qrupu yaradılıb. Təqdim edilən videoda xəsarət alanların təxliyə edildiyini görmək olar. / Report



ANS PRESS xatırladır ki, bu il yanvar 31-də cəbhədə təxribat törədən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları minaya düşmüşdü.
Hadisə nəticəsində Ermənistan ordusunun 6 hərbçisi ölmüşdü.

Daha sonra Ermənistan kütləvi informasiya vasitələrində hərbi qulluqçuların məhv edildiyi əməliyyatın görüntülərini yayılmışdı.

Məhv edilən erməni hərbçilərin videosu: 6 erməni belə məhv edildi (VİDEO)


Xəbəri paylaş

1 5208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___