Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Partlayışdan sonra Türkiyə ordusu tam hərəkətə keçdi (FOTO)
Tarix: 21-07-2015 | Saat: 00:55
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

Partlayışdan sonra Türkiyə ordusu tam hərəkətə keçdi (FOTO)
Sərhədə əlavə tank və digər zirehli hərbi texnikalar gətirilib.
Türkiyənin Şanlıurfa vilayətində qanlı terror aktından sonra Türkiyə ordusuna əmr verilib.

ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə yerləşdirilən tank, haubitsalar, raket və topların istiqamətini Suriya tərəfinə çevrib.

Sərhədə əlavə tank və digər zirehli hərbi texnikalar gətirilib.

Türkiyə əsgərləri Türkiyədən Suriyaya və Suriyadan Türkiyəyə giriş-çıxışı tamamilə bağlayıb.

Türkiyə-Suriya sərhədində gərginliyə dair digər xəbər: Həyəcan siqnalı: Türkiyə ordusuna "vur" əmri verildi (VİDEO, FOTO)


Suriya sərhədinə əlavə zirehli texnikalar göndərilib

Türkiyənin təhlükəli Fırtına haubitsaları başda İŞİD olmaqla, Suriyada müxalif qüvvələrin olduğu yerlər hədəfə götürülüb. Türkiyə Silahlı Qüvvələri bütün hərbi texnikanı, hərbçiləri, pilotsuz uçan aparat və qırıcıları səfərbər edib. Suriyanın Türkiyə sərjhədində baş verən hadisələr 24 saat izlənilir.

Bundan başqa 910 kilometrlik Türkiyə-Suriya sərhədində göndərilən əlavə əsgərlərlə birlikdə bölgədə 65 mindən yuxarı əsgər var. Türkiyənin Kilis, Hatay, Şanlıurfa və Mardin vilayətlərində 1200 tank, zirehli maşınlar, habutisaların olduğu bildirilir.


Təhlükəli Fırtına haubitsaları İŞİD-i hədəfə alıb

Son vaxtlar Türkiyə-Suriya sərhədində İŞİD terrorçu qruplaşmasının fəallaşması nəticəsində Türkiyə Silahlı Qüvvələri bölgəni nəzarətdə saxlamağa çalışır. Bundan əvvəl də Türkiyə qırıcıları havaya qaldırılmışdı. Türkiyə baş naziri Əhməd Davudoğlu bəyan etmişdi ki, qarşı tərəfdə hərəkət edən istənilən hədəf dərhal məhv ediləcək.

İstənilən hədəfi "Məhv edin!" əmri verilib: Türkiyə ordusuna əmr verildi: “Vurun!”


Türk qırıcları da səfərbər edilib

Onu da bildirək ki, bu gün Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib. Son məlumatlara görə, partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb, 100-dən çox yaralı var. Xəstəxanaya yerləşdirilən yaralıların çoxlarının vəziyyəti ağırdır.

Məlum olub ki, terror aktını 18 yaşlı İŞİD-çi törədib. Hadisə yerində Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşları araşdırmalar aparır.

Dəhşətli terror aktı ilə bağlı digər xəbərlər aşağıdakı linklərdə

Türkiyəni qana boyayan 18 yaşlı qız (VİDEO, FOTO)

Türkiyədə 27 nəfəri belə partlatdılar (VİDEO, FOTO)
[media=https://youtu.be/F77U9Bvxrfc]

Şanlıurfa vilayətindəki terror aktının videosu


Xəbəri paylaş

1 0608 dəfə oxunub.

Digər xəbərlər
28-06-2015, 21:49 İŞİD İraqı susuz qoydu

bütün xəbərlər
____ Instagram ___