Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər yeni torpaqlar ələ keçirdi
Tarix: 20-07-2015 | Saat: 00:53
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Ermənilər yeni torpaqlar ələ keçirdi
Ermənilərin işğalçı siyasətindən bu dəfə Gürcüstan əzəyyət çəkir.
Ermənistan qonşuları üçün təhlükə mənbəyi olmaqda davam edir.

ANS PRESS-in məluamtına görə, ermənilərin işğalçı siyasətindən bu dəfə Gürcüstan əzəyyət çəkir.

Gürcüstan mətbuatının məlumatına görə, son bir neçə gün ərzində Ermənistan öz dövlət sərhədini Gürcüstan torpaqları hesabına genişləndirib.

Erməni sərhədçiləri Sazakənd kəndi ərazisində 10-15 hektar torpaq sahəsini ələ keçirib. Yerli sakinlər sərhəd xəttinin onların evlərinə yaxınlaşdığını bildirib.


Gürcüstan-Ermənistan sərhədi

Gürcüstanda bir neçə gün əvvəl Rusiya ilə sərhəd problemim qeydə alınıb. Rusiya sərhədçilərinin Cənubi Osetiya ərazisində sərhədləri genişləndirdyi məlumat verilib. Ölkədə bununla bağlı etiraz aksiyaları keçirilir.

Rusiya siyasətinə qarşı növbəti etiraz aksiyası Vahid Milli Hərəkat partiyası üzvlərinin, media nümayəndələrinə QHT əməkdaşlarının təşkilatçılığı ilə keçirilib. Hökumət administrasiyasının binası qarşısında baş tutan aksiyada “Stop Rusiya”, “Rusiya işğalçıdır”, “Abxaziya və Osetiya Gürcüstanındır” yazılarının olduğu plakatlar qaldırılıb. Etirazçılar hökuməti Rusiyanın aqressiyasına qarşı lazımi tədbirləri görməməkdə günahlandırıb. Gürcüstanla Rusiya arasında gərginmünasibətlərin son günlərdə daha çox gündəmə gəlməsinə səbəb rus və cənubi osetiya hərbçilərinin Gürcüstanın içərilərinə doğru irəliləməsidir.


Bakı-Supsa kəmərinin keçdiyi ölkələr

Bir neçə gün öncə rusların sərhəd xəttini Qorinin Çitelubani kəndi ilə Axalqori rayonunun Orçosani kəndləri ərazisinə doğru bir neçə yüz metr də irəli çəkməsi ilə strateji obyekt olan Bakı-Supsa neft kəmərinin də 1605 km-lik hissəsi Gürcüstan tərəfinin nəzarətindən çıxıb.

Gürcüstan parlamentinin azərbaycanlı millət vəkillərindən olan Mahir Dərziyevin fikrincə Rusiya gələcəkdə bu strateji obyektlə bağlı hər hansı təxribata əl atmaq niyyətinə düşərsə, burada 500 və ya 1500 metrin heç bir fərqi yoxdur.


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___