Azərbaycanda bələdiyyə sədri əmisi oğlunu öldürdü
Tarix: 17-07-2015 | Saat: 19:10
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər
Onlar arasında mübahisə yaranıb.
Yevlax rayonunda qətl hadisəsi baş verib.
Xeberaz.az xəbər verir ki, Yevlax Rayon Prokurorluğundan ANS PRESS- ə verilən məlumata görə, hadisə rayonun Yuxarı Qaxun kəndində olub.
Kənd sakini 1952-ci il təvəllüdlü Famil Kamil oğlu Qədirov aralarında yaranan münaqişə zəminində öz əmisi oğlu, həmin kəndin sakini olan Sənan Şamil oğlu Qədirova qoşalülə ov tüfəngindən atəş açıb.
Hadisə suvarma suyu üstündə baş verib. Belə ki, öldürülən şəxs S. Qədirov kəndə gələn suyu öz pay torpağına istiqamətləndirərək heç kəsin öz torpağını suvarmasına imkan verməyib.
Bundan hiddətlənən kənd camaatı bələdiyyə sədrinə şikayət ediblər.
Bunu görən sədr kənd sakinlərinin öz torpaqlarını suvarmalarına imkan verməyən əmisi oğlunun yanına gəlib və ona hərəkətinin düzgün olmadığını izah edib.
Lakin onlar arasında mübahisə yaranıb. Elə bu zaman F. Qədirov özü ilə gətirdiyi ov tüfəngindən S. Qədirova atəş açıb. Sənan Qədirov aldığı güllə yarasından hadisə yerindəcə keçinib.
Hadisədən sonra K. Qədirov könüllü olaraq Yevlax Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 ( qəsdən adam öldürmə maddəsi) ilə cinayət işi açılıb.
Xəbəri paylaş
8778 dəfə oxunub.
Digər xəbərlər

3-09-2017, 16:16
Azərbaycanda uşaqlara qoyulan ən qəribə adlar - SİYAHI
14-07-2015, 12:45
İranın bölgə siyasəti dəyişmir, bundan ən çox narahat olan isə İsraildir
23-10-2023, 17:14
Uzun müddət unitazda oturmağın TƏHLÜKƏLƏRİ
8-06-2016, 19:54
Bakıda NATO-nun işçi görüşü keçirilir - Foto
17-08-2016, 10:51
ABŞ-ı yanğın cənginə aldı: 80 min sakin təxliyə olunur
24-07-2021, 12:00
Ərdoğanın baş məsləhətçisindən şeyxin sözlərinə reaksiya: - "Xamenei Ermənistana silah göndərib"
13-11-2018, 11:03
Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI
21-05-2022, 11:21
Azərbaycana may ayında qar yağdı - FOTO
28-06-2016, 18:21
“Dedim, Ərdoğan üzr istəsin, ata-anamı....”