Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur modelyerdən yeni layihə (VİDEO)
Tarix: 17-07-2015 | Saat: 12:29
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Ekskluziv | çapa göndər

Məşhur modelyerdən yeni layihə (VİDEO)
Gülnarə Xəlilova Anar Məmmədxanovun qızından sonra müğənni Tünzaləyə üz tutdu.
Azərbaycanın məşhur modelyerindən sayılan Gülnarə Xəlilova yeni iş birliyinə başlayıb.

Xeberaz.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, Azərbaycanın milli geyimlərinə həsr edilmiş I mərhələdə “Bakılı oğlanlar" şən və hazırcavablar komandasının əfsanəvi kapitanı mərhum Anar Məmməxanovun qızı Məryəm də iştirak edib. İndi isə layihənin artıq II mərhələsi həyata keçirilir.

Layihənin əsas məqsədi Azərbaycan milli geyiminin Avropada təbliğidir. Layihə çərçivəsində Avropada yayılacaq 3 dildə kataloq nəşr ediləcək.

Modelyer Gülnarə Xəlilova öz layihəsində milli geyimlərin məhz məşhurlar tərəfindən təbliğini nəzərdə tutub. Bu hansısa bir məşhurun qızı, xanımı və özü ola bilər. Çünki, kolleksiyada xanım və bəy geyimləri də yer alıb.

Layihənin reallaşdırılması üçün 2014-cü ildə Norveçin ən yaxşı fotoqrafı seçilmiş Fariz Nadir Oslodan Bakıya təşrif buyurub. Fariz Nadir özü də bu layihəni dəstəklədiyini deyib.

Əməkdar artist Tünzalə Ağayeva da bu məşhur simalar içərisində yer alıb. O bu layihədə iştirak etdiyi və geyimləri daşıdığı üçün sevincli olduğunu deyib. Müğənninin fikrincə, bu katoloqun dünya səviyyəsində hazırlanması və başqa millətlərə təqdim olunması Azərbaycan üçün də bir uğur sayılır.




Modelyer Gülnarə Xəlilova və Məryəm


Xəbəri paylaş

6808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___