Hazırlığa getməyərək 700 bal toplayan abituriyent danışdı
Tarix: 16-07-2015 | Saat: 22:44
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər
“Xəyallarım “Oksford”dadır”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan Modern.az saytına verilən məlumata görə, imtahan nəticələrinə əsasən 9 nəfər 700 bal toplayıb.
700 bal toplayanlardan 7 nəfəri I qrupun, 2 nəfəri IV qrupun abituriyentləridir.
Xeberaz.az Modern.az-a istinadən 700 bal toplayan digər 2 abituriyentin təəssüratını təqdim edir.
Naxçıvanın Şərur rayonu Zeyvə kənd orta məktəbinin məzunu Əli Allahverdiyev digər abituriyentlərdən fərqli olaraq nə reopetitor yanına gedib, nə də kurslarda hazırlaşıb. 11 il öz üzərində çalışan Əli sınaqlardan da yüksək bal toplayıb. Belə ki, 10-cu sinifdə sınaq imtahanından 700 bal, 11-ci sinifdə isə 690 bal toplayıb. Əli eyni zamanda bir sıra beynəlxalq fənn olimpiyadalarında da uğurlu çıxış edib. O, respublika üzrə riyaziyya olimpiadasında gümüş medal, Nigeriyada fənn olimpiadasında qızıl medal, Türkiyədə riyaziyyat üzrə olimpiadada isə 2 qızıl, 2 bürünc medal qazanıb.
“11-ci sinfi “5” lə bitirmişəm. Qızıl və ya gümüş medala da öz namizədliyimi irəli sürmüşəm. Ali Neft Məktəbində xoumaq istəyirəm. Amma xaricdə oxumaq fikrim də var. Xəyallarım “Oksford”dadır. İnşallah reallaşar”.
I qrup üzrə 700 bal toplayan Firuz Abdıyev Türkiyə Dəyanət Vakfı-Bakı Türk Liseyini bitirib. 11 illiyi “5” lə bitirən Firuz sınaqlarda 690 bal topladığını qeyd edib.
“Atam fizika müəllimi olduğu üçün 9, 10 və 11-ci siniflərdə mənimlə məşğul olub. 10-cu sinifdən ingilis dili üzrə hazırlaşmışam. 11-ci sinifdən isə kompleks olaraq məktəb müəllimləri ilə hazırlaşmışam. Sənədlərimi Qafqaz Universitetinə verəcəm. Düzdür, xaricdə oxumaq istəyirəm, amma dil probleminə görə yəqinki bu il olmayacaq”.
Firuzun qızıl medal alması üçün namizədliyi Təhsil Nazirliyinə verilib.
Firuz daha 2 sinif yoldaşının 700 bal topladığını qeyd edib.
“Nərmin Əliyeva və Teymur İsmixanov da 700 bal toplayıblar. Daha bir sinif yoldaşım Nərmin Zəkizadə də 700 bal toplaya bilərdi, sadəcə kodlaşdırmada səhv etdiyi üçün balı az oldu. Bundan əlavə, sinifimizdən daha iki nəfər 695 bal toplayıb”.
Xəbəri paylaş
9618 dəfə oxunub.
Digər xəbərlər

4-04-2018, 10:34
Cəbhədən SON XƏBƏR
5-09-2017, 12:57
“WhatsApp”da evli qadınla rekord vuran yazışma... - FOTOLAR
20-06-2017, 10:33
Maradona ulduz futbolçu haqda: O, axmaqdı
16-02-2016, 22:30
Bakıda tükürpədici hadisə: Qız uşağına görə küçəyə atıldı - VİDEO
7-02-2017, 12:57
Qadınları həqiqi hərbi xidmətə çağıra bilərlər - Gürcüstanda
20-06-2017, 10:59
Dünyanı gəzsə də, Bakıda velosipedini oğurladılar - Turisti şoka salan hadisə - FOTO
16-02-2018, 18:24
İkinci əl avtomobil alanlar, DİQQƏT - Bunları mütləq bilin!
25-09-2016, 17:28
Allaha karikatura çəkmiş yazıçı öldürüldü