Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pensiyaçılara bayram müjdəsi
Tarix: 15-07-2015 | Saat: 15:54
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Pensiyaçılara bayram müjdəsi
Bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.
Dövlət Sosial Müdafiə Fondu qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar olaraq bu ilin iyul ayı üzrə əmək pensiyalarının müəyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan ANS PRESS-ə verilən məlumata görə, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının 2-si, respublikanın digər rayon və şəhərləri üzrə isə iyul ayının 15-i tarixində tam yekunlaşıb.

İyulun 1-nə olan ilkin məlumata görə, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 293 060 nəfər təşkil edir. Onların
60,4 faizini yaşa görə,
28,6 faizini əlilliyə görə,
11,0 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

2015-ci il iyul ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12 faiz artıb.


Xəbəri paylaş

7418 dəfə oxunub.

Digər xəbərlər
5-08-2017, 11:01 Cəbhədən YENİ XƏBƏR

bütün xəbərlər
____ Instagram ___