Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kredit faizləri enir? - Oxuyun, bilin!
Tarix: 13-07-2015 | Saat: 11:49
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Kredit faizləri enir? - Oxuyun, bilin!
Xeberaz.az xəbər verir ki, Mərkəzi Bank iyulun 13-də uçot dərəcəsini 3.5%-dən 3%-ə endirdi. Bəs uçot dərəcələrinin aşağı salınması kredit faizlərini azaldacaqmı?
İqdisadçı Samir Əliyev bildirib ki, Mərkəzi Bank qeyri-neft sektorunda iqtisadi artıma maliyyə dəstəyini gücləndirmək, kredit faizləri azaltmaq, kiçik və orta biznesin maliyyələşməsini yaxşılaşdırmaq məqsədilə uçot dərəcəsini 3.5%-dən 3%-ə endirdi.

“Həmişə olduğu kimi bu dəfə də Mərkəzi Bankın qərarının kredit bazarına təsiri proqnozları gündəmi zəbt edib. Mətbuatda artıq qərarın kredit faizlərini azalacağı kimi məlumatlar yer alıb. Məlumat üçün bildirim ki, uçot dərəcələrinin dəyişməsi dövri olaraq baş verir. Uçot dərəcəsi sonuncu dəfə 2010-cu ilin oktyabrında indiki səviyyədə olub. 2011-ci ilin mayına kimi tədricən 5.25%-ə qədər qaldırılıb, sonra yenidən enib”.- deyə Samir Əliyev bildirib.

Uçot dərəcələrinin enməsi kredit faizlərinin azalmasına təsir edə bilər



“Uçot dərəcələri dəfələrlə aşağı salınıb, ancaq kredit bazarına təsir olmayıb. Məsələn, 2008-2009-cu illərdə uçot dərəcəsi 15%-dən 2%-ə endirilsə də kredit faizlərində azalma baş verməyib. Mərkəzi Bankın qərarı kredit faizlərini ucuzlaşdırmayacaq. Mərkəzi Bank son illər mərkəzləşdirilmiş kreditlərin həcmini artırır. 2015-ci ilin 5 ayında belə kreditlər 3,2 milyardan 4,2 milyard manata yüksəlib. Bu müddətdə ümumi kredit qoyuluşunda mərkəzləşdirilmiş kreditlərin payı 17%-dən 21%-ə çatıb. Bu da bazara təsir etmək üçün kifayət qədər yüksək paydır.

Ola bilsin ki, bazarda kreditlərin ucuzlaşmasını müşahidə edək. Ancaq səbəb heç də uçot dərəcəsinin azaldılması olmayacaq. Artıq 2 səbəb mövcuddur: - Tələbatın kəskin azalması və bankların dollar bolluğundan “əziyyət” çəkməsi səbəbindən dollar kreditlərinin faiz dərəcəsinin azaldılması - Mərkəzi Bankın birbaşa göstərişi nəticəsində faizlərin aşağı salınması”.- deyə Samir Əliyev bildirib.ATV.AZ


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___