Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzi yollarında hərəkət dayanacaq - Diqqət!
Tarix: 12-07-2015 | Saat: 16:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Bakının mərkəzi yollarında hərəkət dayanacaq - Diqqət!
Bu gün saat 19:00-da Neftçilər prospektində birinci Avropa Oyunları ilə əlaqədar Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin üzvləri, idmançılar, on mindən artıq könüllülərdən ibarət, ümumilikdə 15 minə yaxın nəfərin iştirak edəcəyi "Parad Bakı-2015" tədbiri keçiriləcək.

Bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədovun deyib.

Tədbirin keçirilməsində hərəkət edən iştirakçıların təhlükəsizliyini təmin edilməsi məqsədi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir ki, paradın Dövlət Bayraq Meydanından Azadlıq meydanı istiqamətində keçirilməsi ve Dənizkənarı Milli Parkda konsert proqramının teşkil edilməsi ilə əlaqədar Bakı-Salyan şossesinin 14-cü kilometrinden, Bayıl qəsəbəsindən, 20-ci sahə dairəsindən, eyni zamanda Yusif Səfərov və 28 may, Zərifə Əliyeva və Rəşid Behbudov küçələrinin kəsişmələrindən avtomobillərin istqaməti dəyişdirilir.

Paytaxtda qeyd edilən ərazilər üzrə avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yollar üzrə təşkil edilir, yəni 3-cü kənar dairəvi yolla Yasamal, Badamdar, 20-ci sahədən Dağüstü yolla Badamdar, Bayıl qəsəbəsindən Mehdi Hüseyn, Teymur Elçin, Parlament, 28 may küçələri, Yusif Səfərovdan Rəşid Behbudov, Fizuli küçələri istiqamətində hərəkət edilməsi təşkil olunacaq.

Təşkil olunacaq tədbirdə və konsert proqramında iştirak etmək istəyən sürücülərdən və şəhər sakinlərindən hərəkətin rahat və fasiləsiz təmin olunması, hərəkətdə sıxlıq yaranmaması məqsədləri ilə içtimai nəqliyyat vasitələrindən istifadə olunması xahiş edilir.


Xəbəri paylaş

6698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___