Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Lenin"i döyən azərbaycanlı danışdı (FOTO)
Tarix: 11-07-2015 | Saat: 20:16
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

"Lenin"i döyən azərbaycanlı danışdı (FOTO)
Lətif Vəliyəvin Zəlimxan Yaqubun şeirlərini əzbərdən deməsi onu ələ verdi.
Dünyanın ən qəddar diktatorunu tapmaq o qədər də asan olmadı.

Kreml sarayı ətrafında qaşılaşdığımız bir neçə Stalin Lenini döyənin onlar olmadığını deyirdilər.

Anatoliy Tokar (Stalinə bənzəyən artist) bildirir ki, Leninlə onun arasında heç bir münaqişə olmayıb: "Onu döyən azərbaycanlıdır. Bilmirəm nəyə görə dalaşıblar. Ancaq hər halda pul məsələsidir, bölüşə bilməyiblər".

Əslən gürcüstanlı olan Lətif Vəliyəv adlı bu həmyerlimizi isə dostları Lenin və Stalinlə birlikdə pul sayarkən Qızıl Meydan yaxınlığındakı Nikolskaya küçəsində tapdıq. İlk öncə azərbaycanlı olduğunu qəbul etməyən Stalin bir müddət sonra Zəlimxan Yaqubun şeirlərini əzbər oxuması Lenini döyən həmvətənimizin məhz o olduğunu ələ verdi.

Vətəndaşları onunla şəkil çəkdirmələri üçün razı salmaqda usta olan həmvətənimiz onun haqqında mətbuatda çıxan xəbərlərin isə uydurma olduğunu iddia etdi.


Lətif Vəliyev - Stalinə bənzəyən həmvətənimiz, qəzetdə onun haqqında çixan məlumata baxaraq Azərbaycanca danışır.

"Qardaş mən baxdım bu qazetə. Bunlar yalandır, xırda nöqsanları böyüdüblər. Olmamış işlərdir. İnanmayın belə şeylərə. Yalandır hamısı. Mən bu işi eləməmişəm, olmayıb".

Stalinin döydüyü deyilən və əsil adı İqor Qorbunov olan Leninini isə Qızıl meydan ətrafında tapa bilmədik. Döyüldüyü barədə polisə verdiyi şikayət ərizəsini geri götürən Lenin həmvətənimizdən yediyi yumruqların təsirindən olsa gərək bir daha buralarda görünməməyə qərar verib. Putinin isə bu münaqişəyə münasibəti özünəməxsusdur.

İqor Xordin (Putinə bənzəyən artist): "Bu hadisə haqqında mənə məlumat verildi. Söz verirəm ki, bu ətraflı araşdırılacaq. Biz ümumiyyətlə bütün münaqişələrin sülh yoluyla həllindən yanayıq. Burada münaqişə olmamalıdır. Hər şey razılaşdırılmalı və məsələ yerindəcə həll edilməlidir".

Xatırladaq ki, 21 iyun tarixində baş verın hadisədə azərbaycanlı "Stalin" "Lenin"i başqa bir "Stalin"lə işləməyə qərar verdiyi üçün əlindəki çətirlə üç dəfə kürəyindən vurmuş və "Lenin" də polisə şikayət ərizəsi yazmışdı. Digər "Stalinlər"dən bunu da öyrəndik ki, daha öncə iki dəfə Rusiyadan deportasiya olunan həmvətənimiz Moskvada qanunsuz işləyir. Döyülən "Lenin" isə bir neçə dəfə xuliqanlıq səbəbindən məsuliyyətə cəlb olunub.

Azərbaycanlı Stalin Lenini döydü




"Vladimir Putin" mübahisəli məsələni araşdırır.


Xəbəri paylaş

7508 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___