Lənkəranda dəhşətli qəza 6 nəfər xəsarət aldı
Tarix: 11-07-2015 | Saat: 13:14
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Lənkəranda altı nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Hadisə Nərimanabad şose yolunun rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Biləsuvar şəhər sakini, 1990-cı il təvəllüdlü Teymur Nuşirəvan oğlu Rüstəmzadənin idarə etdiyi “VAZ-21064” markalı, 10 HE 251 dövlət nömrə nişanlı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarına aşıb. Nəticədə sürücü də daxil olmaqla avtomobildəki bir ailənin beş üzvü olan sərnişinlər – Biləsuvar rayon sakinləri, 1994-cü il təvəllüdlü Sevda Nuşirəvan qızı Yusifova, 1984-cü il təvəllüdlü Ofeliya Nuşirəvan qızı Quliyeva, 1987-ci il təvəllüdlü Gülnar Nuşirəvan qızı Rüstəmova, 1977-ci il təvəllüdlü Natiq Fərman oğlu Rüstəmov və 2012-ci il təvəllüdlü Ayxan Aqil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralılarda 5 nəfərinə müvafiq yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Reanimasiya şöbəsinə yerləşdirilmiş 3 yaşlı Ayxanın vəziyyəti isə orta-ağır qiymətləndirilir. Qəza zamanı həmçinin minik avtomobilinə ciddi ziyan dəyib.
İlkin versiya kimi hadisənin avtomobilin sürücüsünün düzgün manevr edə bilməməsi səbəbindən baş verdiyi ehtimal olunur. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbəri paylaş
6008 dəfə oxunub.
Digər xəbərlər

5-07-2016, 13:19
Problemli kreditlərin həcmi 30%-i keçib
19-08-2018, 12:52
Müəllimlərin işə qəbulu ilə bağlı - MƏLUMAT
15-02-2018, 18:09
"Güləhməd" komediya filminin nümayiş olunacağı vaxt bilindi
22-02-2017, 11:29
Universitetdə əmək haqları artırıldı
15-06-2016, 21:34
Cəbhədə 3 mina tapıldı
25-07-2016, 11:09
Dəhşətli yol qəzasında bir ailənin 7 üzvü ölüb
6-03-2016, 11:39
Hacı İbrahim Nehrəmli: "Kazino olsa, ölkəyə milyardlar gətirərəm"
7-09-2017, 11:29
Zaurdan Günaya ad günü sürprizi: "Arzuladığım qadın..." - VİDEO
18-04-2016, 19:40
Sarkisyan işğal altındakı Azərbaycan ərazilərinə gəlib