Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Məhkəmə Xalid Bağırovu Vəkillər Kollegiyasından çıxarıb
Tarix: 11-07-2015 | Saat: 13:05
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Məhkəmə Xalid Bağırovu Vəkillər Kollegiyasından çıxarıb

İyulun 10-da Bakının Nizami rayon Məhkəməsi vəkil Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarılması ilə bağlı qərar qəbul edib. Məhkəmədə iddianı Vəkillər Kollegiyası qaldırıb

Xalid Bağırov məhkəmənin qərarını ədalətsiz adlandırıb.

2014-cü il dekabrın 10-da Azərbaycan Vəkillər Kollegiyası Xalid Bağırovun vəkilliyinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edib və məhkəməyədək Bağırovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Xalid Bağırov Amerikanın Səsinə bildirib ki, Vəkillər Kollegiyasının qəraraına səbəb REAL Hərəkatının lideri İlqar Məmmədovun şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsində çıxışı səbəb olub.

“Mən məhkəmədə çıxışımda demişəm ki, Azərbaycanda ədalət olsa idi belə qərəzli hökm olmazdı və Rəşid Hüseynov hakim işləməzdi. Vəkillər Kollegiyası mənim bu sözlərimə istinad edərək qərar çıxarıb”, o qedy edib.

Vəkillər Kollegiyasının qərarı həm də Xalid Bağırovun araşdırmaçı jurnalist Xədicə İsmayılın hüquqlarını müdafiə edəcəyi barədə bəyanatı ilə eyni vaxta təsadüf edir.

İlqar Məmmədov və Xədicə İsmayıl Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il prezident seçkiləri ilində İsmayıllıda baş vermiş etirazlarla bağlı 7 il azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) itiham olunaraq həbs edilib. 2015-c ilin fevralında jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan edilib.

Bundan öncə isə jurnalistə qarşı Cinayət Məcəlləsinin 284.2 (dövlət sirrini yayma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İlqar Məmmədov və Xədicə İsmayıl həbslərini siyasi sifariş hesab edir.

Xalid Bağırov ölkədə tanınmış vəkillərdəndıir. O çoxsaylı siyasi məhbusların vəkilidir. Siyasi və vicdan məhbusu kimi tanınan İlqar Məmmədov, Leyla Yunus, Hilal Məmmədov, Əbdül Əbilov, NİDA-ıçılar və digər çoxsaylı insanların hüquqlarını müdafiə edir.

Bağırovun vəkillik fəaliyyəti 2011-ci ildə də bir il müddətinə dayandırılıb. Bu polis tərəfindən öldürüldüyü iddia olunan Elvin Əsgərovun işini müdafiə etdikdən sonra baş vermişdi ("Amerikanın səsi").



2428 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
17-11-2017
bütün xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
____ Instagram ___