Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Özümü supermen saymıram”- ABŞ-ı mat qoyan azərbaycanlı
Tarix: 11-07-2015 | Saat: 02:41
Bölmə:Karusel / Maraqlı / M2 / Xəbəraz TV | çapa göndər

“Özümü supermen saymıram”- ABŞ-ı mat qoyan azərbaycanlı

AzadlıqRadiosu keçən ay ABŞ-ın NBC telekanalının 9 milyon izləyicisi olan məşhur “America’s got talant” yarışmasında iştirak edən Üzeyir Novruzovdan müsahibə alıb.


-Üzeyir, jürini heyrətə gətirən çıxışınızda dəstəksiz nərdivana dırmaşırsınız. Qafqazdan Sakit okeanın ən məşhur səhnələrinə qədər yol gəlmisiniz. Bu yolçuluqda ən çətin adlanan pillə hansı oldu?

-Hər bir peşənin öz çətinliyi var - səbr. Səbrli olmaq çox vacibdir. Və azacıq zəhmət çəkmək. Mənim pilləkənlərimdə, həyatın özü kimidir - zirvəyə addım-addım qalxırsan. Nə olursa-olsun, heç bir halda ruhdan düşüb geri çəkilmə! Bu, elə mənim həyat şüarımdır.

-Müsahibələrinizin birində demisiniz ki, sirk ustası olmağınız atanızın arzusu idi. Hələ də atanızın arzusunda yaşayırsınız, yoxsa sizinkinə çevrilib bu arzu artıq? Sizin öz arzunuz nə idi bəs?

-Sirk ustası olmaq atamın arzusu yox, mənə məsləhəti idi. Atam özü müxtəlif işlərlə məşğul olurdu, amma incəsənət adamı deyildi. Yaxşı səsi var idi, özünü inkişaf etdirsəydi, bəlkə müğənni olardı. Yəqin ona görə də uşaqlarının idmançı və ya incəsənət adamı olmasını istəyirdi.

Mənim özümün isə xüsusi bir uşaqlıq arzum yox idi. İndi isə var - indi mən filmlərə çəkilmək və film çəkmək istəyirəm.

-“America’s got talent”də siz Çarli Çaplin rolundasınız. Niyə Çaplin?

-Çünki mən Alan Delon deyiləm. Üz cizgilərim Çaplinə bənzəyir və mən bundan qürur duyuram.

-Dəstəksiz nərdivana qalxmaq üçün adamda ürək lazımdır. Həyatda da ürəkli adamsınız? Elə isə ən ürəkli qərarınız nə olub?

-Mən supermen saymıram özümü, amma cəsarətli adam olduğuma əminəm. Biz hər gün həyatımızda kiçik-kiçik cəsarət nümayiş etdiririk. Həyatımda elə hadisə yoxdur ki, vaxtında addım atmadığıma görə peşman olum. Mən həmişə qərarlarımda cəsarətli olmuşam.

-Fotolardan gözləriniz çox kədərli təsir bağışlayır…

-Gözlərim kədərli deyil. Bu, kədər deyil, qəlbimin dərinliyindəki mehribanlığın görünən ifadəsidir.
[media=https://youtu.be/rQKg1ZDOOxU]


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___