Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Torqovı” dünyanın ən bahalı küçələri siyahısında
Tarix: 10-07-2015 | Saat: 17:48
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

“Torqovı” dünyanın ən bahalı küçələri siyahısında
“Arxitektura sizi mütləq valeh edəcək”.

İngiltərənin “Daily Mail” nəşri şoppinq üçün dünyanın ən bahalı küçələrinin siyahısını tərtib edib.

Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, siyahıda Bakıdakı Nizami küçəsi (keçmiş Torqovı) də yer alıb.

“Bakının mərkəzindəki Nizami küçəsində geniş piyada və ticarət meydanı var. Bu küçədə yalnız bahalı pərakəndə ticarət mərkəzləri deyil, həmçinin bir sıra Avropa ölkələrinin səfirlikləri də var. Əgər hətta siz alış-veriş etmək istəmirsinizsə, Barokko stilindəki arxitektura sizi mütləq valeh edəcək”, - nəşr qeyd edib.

Qeyd edək ki, dünyanın ən bahalı küçələrinin siyahısına həmçinin Nyu-Yorkdakı 5-ci avenyu (ABŞ), Monten Avenyu – (Paris), Nyu-Bond küçəsi (London) və digər şəhərlər də daxil olub.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___