Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müəllimlərin maaşı ilə bağlı- Yeni qayda + Video
Tarix: 10-07-2015 | Saat: 01:50
Bölmə:Karusel / Təhsil / M2 / Xəbəraz TV | çapa göndər

Müəllimlərin maaşı ilə bağlı- Yeni qayda + Video


İllərdən bəri adət edilmiş bir qayda var ki, işçilərin statusu eynidirsə maaşları da eyni olmalıdır. Ancaq artıq dünya bu köhnə baxışdan yeni sistemə keçir. Bu isə differensial, yəni hər kəsin fərdi bacarıqlarına görə verilən əmək haqqıdır. Bu yeni yanaşmadan Azərbaycanda bir çox qurumlar artıq istifadə edir. Ancaq ən maraqlısı isə budur ki, bu müasir yanaşma artıq təhsil sistemində də var.


Xeberaz.az -ın xəzərxəbər-ə istinadən məlumatına görə, insanların əməyinin qiymətləndirilməsi fərdi qaydada aparılır, daha səmərəli çalışan işçiyə daha yüksək əməkhaqqı verilir. Bu, differensial əməkhaqqı sistemi adlanır. Bir müddətdir Azərbaycanda da bir çox sahələrdə bu sistemdən istifadə olunur.

Differensial əməkhaqqı sisteminin Azərbaycanda təhsil sistemində də tətbiqinə başlanıb. Dövlət İqtisad Universiteti yeni əməkhaqqı sisteminin tətbiqi ilə müəllimlərin maaşında əhəmiyyətli dəyişikliyə nail olub.

Universitetin rektoru Ədalət Muradov yeni əməkhaqqı sisteminə xərclərə qənaət etməklə, universitetdə təmir-tikinti işlərini dayandıraraq bütün diqqəti pedaqoji heyətin stimullaşdırılmasına yönəltməklə keçdiklərini deyir.

Differensial əməkhaqqının hesablanması zamanı universitetdə vəsaitin 40 faizi təhsil fəaliyyətinə, 40 faizi elmi fəaliyyətə, 20 faizi isə şəxsin özünün inkişaf etdirməsinə hesablanır. Müəllimlərdən başqa, universitetdə 600 baldan yuxarı nəticə göstərməklə daxil olan tələbələrə də differensial qaydada yanaşma tətbiq ediləcək.



Xəbəri paylaş

7728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___