Həkim nə deyir
Tarix: 21-03-2015 | Saat: 15:32
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 | çapa göndər
Sağlam olmaq istəyirsinizsə, menyunuzu meyvə-tərəvəzlə zənginləşdirin
Qəbul etdiyimiz qidaların bir çox xəstəliyin qarşısını aldığı və ya onların yaranmasına səbəb olduğunu bilirsinizmi?
Lent.az bununla bağlı internet saytlarından topladığı materialları təqdim edir:
İsti çay xərçəng xəstəliyi yaradır
Mütəxəssislər iddia edilər ki, həddindən çox isti çay içmək, qida borusunun xərçəngi riskini artırır. Britaniya Tibb Jurnalında dərc edilən araşdırmaya əsasən, 70 dərəcə və ondan yuxarı temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bunu qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayılması ilə izah etmək mümkündür. Bir çox qərb ölkəsində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır. Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Yumurta güc, enerji və protein mənbəyidir
Tədqiqatlar zamanı məlum olub ki, yumurta proteinlə ən zəngin olan qida məhsuludur. Yumurta insan vücudundakı əzələləri möhkəmlədir və enerji ilə təmin edir.
Qurudulmuş meyvə vitamin mənbəyidir
Əncir, qaysı, tut və üzüm kimi qurudulmuş meyvələrdə A vitamini daha çox olur. İnkişaf etməkdə olan uşaq və yeniyetmələrin qurudulmuş meyvələrdən istifadə etmələri məsləhətdir. Bu meyvələr sinir sistemini gücləndirir, zehni inkişafa müsbət təsir göstərir, dəmirlə zəngin olduğu üçün orqanizmin müqavimətini artırır. Meyvələri təmiz və quru şəraitdə qurutduqda tərkibindəki su 80-90 faizdən 10 faizə düşür. Bu sırada vitamin və minerallar çoxalır.
Çox ət yeyənlərə tövsiyə
Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər. Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir. Həzm problemi və ya xolesterolu yüksək olanlar, həmçinin, ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər. Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.
Meyvələrin insan orqanizminə faydası
Çiyələk
Əsəb gərginliyinin qarşısını alır, sakitləşdirici təsiri var, siqaretin zərərli təsirini azaldır. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.
Kivi
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur, qan təmizləyici xüsusiyyəti ilə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.
Banan
Ürəyə və əzələ sisteminə yararlıdır, yorgunluğa xeyr edir, yüksək təzyiqin qarşısını alır. Yuxunu rejimə salır, mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir. Xolestrolu azaldır və mədə ağrısına faydalıdır. Bundan başqa böyrəkdəki iltihablanmanın qarşısını alır
Xəbəri paylaş
9928 dəfə oxunub.
Digər xəbərlər

25-01-2016, 14:21
Ermənilərin girov götürdüyü Dilqəmin qardaşı itkin düşüb - FOTO
31-10-2022, 11:20
Soçi görüşü sonuncu ola bilər – Sülh, yoxsa müharibə?
30-04-2015, 12:31
İntihara səbəb özü deyilmiş-Qaynatası biçaqlayib
21-09-2022, 11:10
Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün MÖCÜZƏVİ MƏHSUL
9-08-2017, 11:46
Rəqsanə otelin yataq otağında elə şəkillər çəkdirdi ki... - FOTOLAR
20-05-2016, 18:24
İlham Əliyev sərəncam imzaladı
8-12-2016, 21:33
Qışda xəstələnmək istəmirsinizsə, bu qidaları yeyin - SİYAHI
14-06-2022, 12:18
Mənzurə ailə qurmaq istədiyi şəxsdən ayrıldı: "Yalvarır mənə"