Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiyalı idmançılar nə qədər mükafat alacaq?
Tarix: 09-07-2015 | Saat: 19:09
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Rusiyalı idmançılar nə qədər mükafat alacaq?
Rusiyalı idmançılara veriləcək pul mükafatı bizim idmançılarla müqayisədə çox aşağıdı.
Bakıda keçirilən I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançıların alacaqları mükafatlar açıqlanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev məlumat verib. Onun sözlərinə görə, bu Olimpiya oyunları, Dünya çempionatları deyil, burada əsas məqsəd gənc, perspektivli atletləri sınaqdan keçirmək idi.


Dmitri Medvedev

İdmançıların alacaqlarına gəldikdə isə qzıl medalın sahibinə 112 min rubl (təxminən 2 min dollara yaxın), gümüş medala
56 min (1000 dollara yaxın), bürünc qazanan idmançıya isə 33,6 min rubl (600 dollara yaxın) mükafat veriləcək.

Bu yarışlarda uğur qazanan idmançılarımıza verilən məbləğlə müqayisədə çox aşağıdı. Belə ki, "Bakı 2015" I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + Milli Olimpiya Komitəsi - MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min) pul mükafatı verilib.

İyunun 12-dən 28-nə kimi Bakıda keçirilən Avropa Oyunlarında Rusiya yığması ümumilikdə 164 medal - 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar.


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
7-06-2018, 10:37 Teymur Əmraha ağır itki

bütün xəbərlər
____ Instagram ___