Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hamilələrə yay tövsiyələri: ürək bulantısını azaltmaq üçün...
Tarix: 08-07-2015 | Saat: 19:31
Bölmə:Karusel / Qadınlar / M2 / Foto-fakt | çapa göndər

Hamilələrə yay tövsiyələri: ürək bulantısını azaltmaq üçün...


Hamiləlik hər bir qadın üçün çətin keçən dövrdür. Üstəlik bu dövr yay aylarına təsadüf edirsə, vəziyyət daha da çətinləşir. Hamiləlik dövründə diqqətli olmaq lazımdır. Çəki ilə bərabər bədənin istiliyi və köp artır, ağciyər tutumu azalır. Buna görə də hamilə xanımlar istidən özünü qorumalıdırlar. Ailə.lent.az hamilə xanımlara yayda qorunmaq üçün məsləhətlər təqdim edir.


Yay aylarında hamilələr D vitaminin mənbəyi olan günəş altında olmalıdırlar. Günəş işıqlarının zenitdə olduğu vaxtlarda evdən çıxmaq məsləhət deyil. İsti havalarda pambıq material, açıq rəngli geyimlərə üstünlük verilməlidir. Dəridə günəş ləkələri qalmasın deyə faktoru çox olan günəş kremlərindən istifadə edilməlidir. Eyni zamanda papaq taxmaq vacib məqamlardan biridir.


Maye qəbuluna diqqət etmək lazımdır.


Hamiləlik zamanı bədənin mayeyə olan tələbatı artır. Bu səbəblə də isti yay günlərində maye qəbulu çox olmalıdır. Evdən çıxan zaman yanlarında mütləq su götürməli və gün ərzində ən az 10-12 stəkan su içməlidirlər. Təzə sıxılmış meyvə şirəsi, şorba, az şəkərli kompot, limonad, ayran kimi mayelər mineral balansının qorunmasını və su istifadəsinin dəstəklənməsinə kömək edir. Lazım olan maye ehtiyacı qarşılanmadıqda hamiləlik zamanı sidik yolu infeksiyaları, qəbizlik, babasil, erkən doğuş və ya düşmə təhlükəsi, uşağın amnion suyunun az olması kimi bir çox xoşagəlməz hallarla qarşılaşma riski artır.


Yağlı yeməklərdən uzaq durmaq lazımdır.


Hamilələr yay aylarında az yağlı və az duzlu yeməklər yeməli, qızartma və yağlı yeməklərdən uzaq durmalıdırlar. Bu tərz qidalanma bədəndə mayenin azalmasına səbəb olur. Buna görə də salatlar, zeytun yağlı tərəvəz yeməkləri ilə daha çox qidalanmalıdırlar. Ət, süd, qatıq, pendir kimi əsas protein mənbələri də istifadə olunarkən az yağlı olmasına diqqət etmək lazımdır.

Qida zəhərlənmələri yay aylarında çox olur. Adi insanlar üçün bu, əsasən həyati təhlükə yaratmasa da, hamilələr üçün olduqca təhlükəlidir. Açıq yerdə uzun müddət qalan südlü qidalar və ətlərdə çox tez mikrob yığılır. Mənşəyi bilinməyən qidalardan, evdən kənarda yemək yeməkdən uzaq durmalıdırlar.


Piyada gəzinti psixologiyanı sakitləşdirir.


Yay aylarında hamilələr üçün ən çox tövsiyə olunan idman növləri azca sürətlə yeriş və üzməkdir. İdman etmək üçün özünüzü yormağa ehtiyac yoxdur. Gözlənilməz fəsadları ola bilər. Yoldaşınızla bərabər səhər və axşam saatlarında piyada gəzinti həm əl, həm də ayaqda olan şişkinliyin yaranmasını azaldacaq, həm də ruhunuza çox faydası olacaq.


Üzmək ürək bulanmanı və qusmanı azaldır.


Üzdüyümüz zaman mikrob düşmə və yoluxucu xəstəliklərə yaxalanma ehtimalını unutmamaq lazımdır. Dənizin dezinfeksiya vəziyyətini nəzərə aldıqda hovuzda daha çox mikrob və yoluxucu xəstəliyə yaxalanmaq olar. Hovuz yerinə dənizə getmək məsləhətdir. Əgər hovuza gedəcəksinizsə, gigiyena baxımından əmin olduğunuz yer olmalıdır. Səhər erkən saatlarda üzmək hamiləliyin ilk 3 ayında olan ürək bulantını və qusmanı azaldır və gün ərzində daha rahat olmanıza kömək edir. İkinci və üçüncü 3 aylıq dövrlərdə bel ağrılarının azalmasında böyük rol oynayır. İdmandan sonra tərləmə ilə bərabər nəmli qalan yerlərdə göbələk və ya infeksiya yarana bilər. Buna görə də tez-tez duş qəbul etmək və yaxşı qurulanmaq lazımdır.


Uzun müddət hərəkətsiz qalmaq olmaz.


Yay aylarında ən çox verilən suallardan biri “səyahətə çıxa bilərəmmi?” sualıdır. Hamiləliyin 34-cü həftəsinə qədər maşın və ya təyyarə ilə harasa getməkdə heç bir problem yoxdur. Diqqət olunmalı məqam uzun müddət hərəkətsiz qaldıqdan sonra yaranan şişkinlik və damarlarda laxtaların yaranmasıdır. Bu halı aradan qaldırmaq üçün hamilələr varis corablarından istifadə etməli, hər iki saatdan bir fasilə etməli və ya təyyarə içində gəzməlidirlər.


Xəbəri paylaş

7588 dəfə oxunub.

Digər xəbərlər
29-03-2016, 19:09 Prezidentdən yeni təyinat

bütün xəbərlər
____ Instagram ___