Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türklərlə ermənilər arasında kütləvi dava olub
Tarix: 21-03-2015 | Saat: 14:37
Bölmə:Karusel / Gündəm / Dünya / M2 / Foto-fakt | çapa göndər

Türklərlə ermənilər arasında kütləvi dava olub
Martın 18-də Livanın paytaxtı Beyrutda yerli erməni icmasının üzvləri ilə Türkiyənin Livandakı səfirliyinin əməkdaşları arasında kütləvi dava baş verib.

xəbəraz.az-ın xarici KİV-lərə istinadən xəbər verir ki, davaya səbəb şəhər kinoteatrlarından birində Çanaqqala döyüşlərinə həsr olunan “Sonuncu məktub” filminin nümayişi olub. Livanda fəaliyyət göstərən “Daşnaksütyun” Partiyasının gənc qanadı ilə “Zavaryan” tələb ittifaqının üzvləri kinoteatrı çevrəyə alaraq Türkiyə əleyhinə ərəb və ingilis dillərində “Cinayətkar Türkiyə” şüarı səsləndiriblər. Nəticədə, filmin nümayiş olunmasını təşkil edən Türkiyə səfirliyinin əməkdaşları ilə ermənilər arasında toqquşma baş verib.

Hadisəyə müdaxilə edən Livan polisi tərəfləri bir-birindən ayırıb. İnsident nəticəsində 2 ermənin yaralandığı, 2 Türkiyə vətəndaşının isə həbs olunduğu bildirilir. Hadisə zamanı kinoteatrda olan Türkiyənin Livandakı səfiri isə təhlükəsizlik qüvvələrinin müşayiəti ilə ərazidən uzaqlaşdırılıb.


Xəbəri paylaş

7578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___