Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəbrayıl əleyhissəllam
Tarix: 21-03-2015 | Saat: 14:32
Bölmə:Karusel / M2 / İbadət | çapa göndər

Cəbrayıl əleyhissəllam
Peyğəmbərlərə vəhyi gətirmək, Allahu-Təalanın əmir və qadağalarını bildirməklə vəzifəli mələk
Dört böyük mələkdən biri və ən üstün olan Cəbrayıl aleyhissəllamın adı Qur´ani-Kərimdə Cibril, Rüh-ul-Emin və Rüh-ul-Kuds olaraq keçməkdədir. Cəbrayıl sözünün mənası Allahu-Təalanın qulu deməkdir. Cəbrayıla ayrıca Namüs-ı Əkbər də deyilir.
Cəbrayıl aleyhissəllamın vəzifəsi Allah ilə Peyğəmbər arasında elçilikdir. Allahdan aldığı əmrləri Peyğəmbərlərə bildirir.
Bütün kitab və vəhylər Cəbrayıl vasitəsi ilə endirilmişdir. Qur´ani-Kərimdə buyurulmuşdur: Ey Məhəmməd! Qur´ani-Kərimi sənin qəlbinə Ərəbcə Ruhu'l-Eınin (Cəbrayıl) endirmişdir.
Cəbrayıl aleyhissəllam Peyğəmbərə Məkkə yaxınlğındakı Hira dağında ibadətlə məşqul ikən gələrək ilk vəhyi gətirmişdir. Cəbrayıl aleyhissəllam hər şəklə girə bilirdi.Cəbrayıl əleyhissəllam bəzən də insan surətində gəlirdi. Peyğəmbərimizə əsl simasıyla Hira dağında və Miracdan qayıdanda Sidret-ül-müntehada olmaqla 2 dəfə görünmüşdür. Cəbrayıl aleyhissəllam Eshab-ı kiramdan çox yaraşıqlı bir gənç, Dıhye-i Kelbi surətində gəlmişdir.
“Ona (Peyğəmbərə, bu Qur´anı) üstün bir güc və hikmət sahibi (Cəbrayıl) öyrətmişdir. (O) görünüşü ilə valehedici bir gözəlliyə sahibdir. (O) həmin dəqiqə yüksəldi və O, ən yüksək üfüqdə idi. Sonra yaxınlaşdı. Onların arasındakı məsafə 2 yay qədər idi və daha da yaxınlaşdı və vəhyini bildirdi.
Cəbrayıl aleyhissəllam 23 ilə yaxın bir müddətdə Qur´ani-Kərim ayələrini müxtəlif surətlərə girərək Peyğəmbərimizə çatdırmışdır.
Mədinə şəhərində Yəhudi alimləri kitablardakı elmə dayanaraq Peyğəmbəri imtahan etmək üçün bir neçə sual verirlər, Peyğəmbər hamısına doğru cavab verir. Bu dəfə sənə vəhyi gətirən mələk kimdir deyə soruşurlar. Rəsullallah (s.a.s.) “Cəbrayıl” deyə cavab verir. Onlar O bizim düşmənimizdir. Bizim vəhy mələyimiz Mikayıldır. Mikayıl sevinc, bolluq-bərəkt gətirir. Sənə gələn o olsa idi iman edərdik deyirlər.
Burada Allahu-Təala buyurur ki, Ey Rəsulum de: Cəbrayıla düşmən olan Allaha düşməndir.
Hər kim Cəbrayıla düşmandırsa, kinindən azad olsun!
Şübhəsiz Allah inkar edənlərin düşmənidir.
Həqiqətən Cəbrayıl daha əvvəl endirilən ktabları təsdiq etməkdə olan Qur´ani-Kərimi Allahın izni ilə sənin qəlbinə endirdi və Qur´ani-Kərim doğru yol göstərici, möminlərə dərəcələrlə qurtuluşu müjdələyəndir.
Cəbrayıl əleyhissəllam hər il bir dəfə gəlib o ana qədər endirilmiş olan Qur´ani-Kərimi Lövh-il Məhfuzdakı sırasına görə oxuyur.
Peyğəmbər də bunları eşidər və təkrar edərdi.
Cəbrayıl əleyhissəllam Adəm əleyhissəllama 10 dəfə, Nuh əleyhissəllama 50 dəfə,
İbrahim əleyhissəllama 40 dəfə, Musa əleyhissəllama 400 dəfə, İsa əleyhissəllama 10 dəfə, Məhəmməd əleyhissəllama isə 24000 dəfə gəlmişdir.


Xəbəri paylaş

9198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___