Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İrlandiyalı jurnalist Qarabağdan yazdı
Tarix: 07-07-2015 | Saat: 22:28
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

İrlandiyalı jurnalist Qarabağdan yazdı
“Nə sərnişin var, nə təyyarə...”

İrlandiyanın “İrish Times” qəzetinin əməkdaşı Meri Boland Azərbaycan XİN-in “qara siyahı”sına düşmək üçün növbəti namizəddir.

Virtualaz.org saytı xəbər verir ki, bu irlandiyalı jurnalist Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz daxil olub və Xankəndindən reportaj hazırlayıb, qondarma erməni rejiminin mövqeyinə və münaqişə barədə obyektiv olmayan fikirlərə yer verib.

Jurnalist reportajına Xocalı aeroportunun yerində yeni tikilmiş aeroportdan başlayıb. Meri Boland yazır ki, aeroportun 120 əməkdaşı öz iş yerlərindədir və son model rentgen aparatına, mürəkkəb peyk naviqasiya aparatlarına xidmət edir. Ancaq aeroportda nə sərnişin var, nə də təyyarə.

Ermənilər aeroportdan İrəvana uçmaq istəsələr də buna cəsarət edə bilmirlər. Çünki aeroporta enən və ya qalxan istənilən təyyarə Azərbaycan qoşunlarının hədəfinə çevriləcək.

“2011-ci ildə biz uçuşlara başlamaq istədik, ancaq Azərbaycan mane oldu. Onlar dedilər ki, təyyarələrimizi vuracaqlar”- deyə qondarma rejimin “mülki aviasiya xidmətinin” rəhbəri Dmitri Adbaşyan bildirir.

“Təhdidlər şişirtmə deyil. Ötən il Azərbaycan qoşunları ermənilərin vertolyotunu vurub və üç hərbçi həlak olub”- jurnalist xatırladır.

Aeroport işləməsə də orada pilot hazırlığı kursu fəaliyyət göstərir. Pilot lisenziyasını 6 min dollara almaq olar. Jurnalistə keçmiş hərbi pilot tərəfindən idarə olunan kiçik “Zenit” təyyarəsi ilə pilotlara necə hazırlıq keçildiyini də göstəriblər.

Daha sonra məqalədə qondarma erməni rejiminin “keçəlləşmiş, kürən” başçısı Bako Saakyanın fikirlərinə yer verilir. Dağlıq Qarabağın əhalisinin 95 faizinin ermənilərdən ibarət olduğu göstərilir.


Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
17-03-2016, 13:40 Buffondan yeni rekord

bütün xəbərlər
____ Instagram ___