Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“O dəqiqə pis şeylər fikirləşirəm...”
Tarix: 21-03-2015 | Saat: 13:46
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər


“O dəqiqə pis şeylər fikirləşirəm...”
“İndiki dövrdə oğlan uşağına tərbiyə vermək çətindir. Fikirləşirsən ki, böyüyəndə necə olacaq?! Mən o dəqiqə pis şeylər fikirləşirəm. Eyni zamanda düşünmürəm

ki, övladım pis olsun. Çünki naqislik insanın genində olmalıdır. Şükür olsun ki, genimizdə pis bir şey yoxdur. İnşallah, yaxşı olar”.

Xeberaz.az xəbər verir ki, bu sözləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan müğənni Günel Məhərrəmova deyib: “Mənim üçün ən önəmlisi tərbiyədir. Çalışaram ki, özü yaxşı oxusun, yaxşı təhsil alsın və öz yolu olsun. Yəni, övlad üçün hər şeyi edib rahatlaşmağı qəbul etmirəm. Necə ki, mən hər şeyi çətinliklə əldə etmişəm, istəyərəm ki, o da bu çətinlikləri görsün. İnsan hər hansı yerə çatmaq üçün çətinlik çəkməyəndə həyat ona maraqsız gəlir. Heç nə fikirləşmir. Bu gün atam, anam qazansın, gətirsin deyə düşünür. Amma mən istəyirəm ki, övladım yaxşı təhsil alsın. Bir sözlə, tərbiyə və təhsil ən vacibidir.

Dünyanı gəzib dolaşmaq maddiyyatdan irəli gəlir. Bu gün mənim pulum var deyə övladımın cibinə qoyub, deyim, get gəz, bu onun həyatında müsbətə doğru olmayacaq. Yəni, inanmıram olsun”.

Günel xanım yeni planlarından da danışıb: “Bayramlarla əlaqədar bir az tənbəllik etdim. Hiss edirəm ki, repertuarımda zəiflik var. Çoxdandır, mahnı yazdırmıram, öz üzərimdə işləmirəm. Həm də sındım - efir problemi var. Məsələn, mahnı yazdırmışam, klip çəkdirmişəm amma nəticədə uşağımın boğazından kəsib nə qədərsə pul verməliyəm ki, yayımlaya bilim. Bu nə dərəcədə düzgündür? Ona görə də düşünürəm ki, elə “Youtuba”da getsə, yaxşıdır. Düzdü, bəzi kanallar var ki, hər zaman çağırırlar. Amma bəziləri də var ki, orada ancaq maddiyyat rol oynayır. Pul ver, səni çıxardım efirə. Bu nə dərəcədə düzgündü? Pulu da aşırı dərəcədə çox istəyirlər. Pulum olsa belə, verib çıxmaram. 2004-2008-ci illərdə bəlkə də saçımın tükü qədər dövlət tədbirlərinə getmişəm. Getməliyəm də, borcumdur. Amma bunun qarşılığını görmək istəyirəm. Düzdü, bu gün gündəmdə olmaya bilərəm. O da ki, efirdən asılıdır. Əgər efirdəsənsə, deməli, gündəmdəsən. O qədər gözəl mahnılarım var ki, səslənmir”.


Xəbəri paylaş

7818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___