Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oruc tutanlar üçün! Ramazanda bu cür qidalanın - HƏKİM MƏSLƏHƏTİ
Tarix: 07-07-2015 | Saat: 00:07
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər

Oruc tutanlar üçün! Ramazanda bu cür qidalanın - HƏKİM MƏSLƏHƏTİ

On bir ayın sultanı Ramazan həm günahların bağışlandığı, həm də sağlamlıq ayıdır. İnsanlar bu ay oruc tutmaqla özlərində düzgün immunitet formalaşdırır. Bəzən isə bunun tam əksi olur. İnsanlar bu ay düzgün qidalanmayaraq, səhhətlərində bir sıra problemlər yaradır. Mütəxəssislər isə bildirir ki, Ramazanda düzgün qidalanmağın ən başlıca şərtləri yağlı, qızarmış yeməklərdən, şəkərli qidalardan uzaq durmaqdır.


Məsələ ilə bağlı Aile.lent.az-a danışan dietoloq Fuad Məcid bildirib ki, bəzən insanlar sahurda qidalanmır və ya bir stəkan su içməklə kifayətlənir, bu isə tamamilə yanlışdır: “Sahurda yüngül, zülal tərkibli qidalardan, süd, pendir, kəsmik, şor, süzmə kimi ağartı məhsullarından istifadə etmək, zeytun, xiyar, pomidor, ən azı iki yumurta, 100-150 qram qara və kəpəkli çörək yemək lazımdır. Kolbasa və sosiska, xəmir xörəkləri, şirniyyatlar, qızarmış məhsullar yemək olmaz. Gün boyunca su təminatını ödəmək üçün ən azı 2 stəkan su və bitki çayları içilməlidir”.


Həkim deyir ki, iftarı bir stəkan su və 2 ədəd xurma ilə açmaq lazımdır: “Daha sonra şorbalardan, suda bişmiş ət, toyuq, tərəvəz məhsullarından, sobada bişmiş nemətlərdən, qril, basdırma, hətta kabablardan belə istifadə etmək olar”.


F.Məcid bildirib ki, yeməkdən bir saat sonra mütləq meyvə yemək və gəzintiyə çıxmaq lazımdır.

İftar süfrələrindən bol kalorili, yağlı, qızarmış məhsulları, un məmulatlarını ağır xəmir xörəklərini uzaq tutmağı tövsiyə edən dietoloqun sözlərinə görə, səhhətində problem olan insanlar həkim müayinəsi və nəzarəti altında oruc tutmalıdır. Şəkər xəstələri isə meyvələrdən və karbohidratlı məhsullardan az istifadə etməlidir.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
10-07-2018, 13:10 Kişilər niyə qızarır?

bütün xəbərlər
____ Instagram ___