Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İŞİD liderinə qarşı çevriliş cəhdi alınmadı (FOTO)
Tarix: 05-07-2015 | Saat: 20:00
Bölmə:Karusel / Dünya / M2 / Foto-fakt | çapa göndər

İŞİD liderinə qarşı çevriliş cəhdi alınmadı (FOTO)
Döyüş strategiyası, ələ keçirilən yerlərin idarə edilməsi ilə razılaşmayan terrorçular Bağdadini öldürmək istəyiblər.
İŞİD terror qruplaşmasının lideri Bağdadi ona qarşı çıxan 13 adamını edam etdirib.

ANS PRESS-in məlumatına görə, həmin insanlar aparılan döyüş strategiyası, ələ keçirilən yerlərin idarə edilməsi ilə razılaşmayıblar. Hətta "Arabi el Cedid" qəzeti Əbu Bəkr əl-Bağdadi ilə razılaşmayanların çevriliş etmək istədiyini də yazıb. Qəzet bu xəbəri terrorçularla iş birliyi edən suriyalı və iraqlı tacirlərdən aldığını iddia edib. Bağdadinin bundan xəbər tutaraq 13 yüksək vəzifəli adamını edam etdiyi deyilir.

Qəzetin yazdıqlarına görə, bəzi İŞİD-çilər iyunun 10-13-ü arası Rəqqanın cənubunda çevriliş etməyə cəhd ediblər. İŞİD-in tərkibində Bağdadiyə müxalif qüvvələr onun gedəcəyi marşruta partlayıcı qurğular qoyublar. Onu devirmək istəyənlərin içində Suriya, İraq, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Liviya və Yəməndən adamların olduğu bildirilib. Onlar İŞİD-ə rəhbərlik etməyə iraqlıların deyil, suriyalıların daha çox layiq olduğunu iddia ediblər. Lakin bir nəfər onların bu planını xəbər verib və sui-qəsd baş tutmayıb. İŞİD liderinin şəxsən idarə etdiyi məhkəmə zamanı məhkum edilən sui-qəsdçilərin 13-ü güllələnib, onları dəstəkləyənlər isə həbs edilib.

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi

Maraqlı cəhətlərdən biri də Küveytdəki şiə məscidinə edilən hücumla bu hadisələrin əlaqəli olmasıdır. Belə ki, bəzi mənbələr həmin hücumu şəxsən Bağdadinin planlaşdırdığını yazıb. Guya İŞİD lideri onu tənqid edənlərə bu yolla cavab verib. Xatırladaq ki, iyunun 26-da kamikadzenin özünü partlatması nəticəsində 27 nəfər ölmüş, 200-dən çox adam yaralanmışdı.


Küveytdəki məscid partlayışdan sonra




Xəbəri paylaş

6258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___