Atasının maşınını qaçıran gənc və dostu qəzada öldülər - FOTO
Tarix: 05-07-2015 | Saat: 12:55
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər
19 yaşlı Mirteyyub həmyaşıdı Təbrizi də özü ilə götürüb.
Ötən gecə Ələt-Astara yolunda baş vermiş avtomobil qəzasında iki gənc həyatını itirib, daha üç nəfər isə ağır yaralanıb.
Xeberaz.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi məlumata görə, qəza saat 00:30 radələrində Ələt-Astara avtomobil yolunun 38-ci km-də, Salyan rayonunun Xalac kəndi ərazisində baş verib.
Bakı şəhər sakini, 39 yaşlı Rəhman Çoban oğlu İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşınla Salyan rayonu Şəkərli kənd sakini, 19 yaşlı Mirteyyub Elxan oğlu Əhmədovun idarə etdiyi "Mercedes" markalı maşın toqquşub. Nəticədə Mirteyyub Əhmədov və sərnişini - 19 yaşlı Təbriz Vüqar oğlu Heydərov yerindəcə həlak olublar.
Digər avtomaşının sürücüsü Rəhman İsmayılov və sərnişinləri - Bakı şəhər sakini Firuz Bilal oğlu Qələmzadə və Şəki sakini Sadıqov Zaur Muxtar oğlu aldıqları xəsarətlər nəticəsində Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağırdır.
Şəkərli kənd sakinlərinin verdikləri məlumata görə, 19 yaşlı Mirteyyub Əhmədov atasının xəbəri olmadan onun avtomaşınını qaçırıb. Həmyaşıdı 19 yaşlı Təbrizi də özü ilə götürüb.
Digər "Mercedes"də olan üç nəfər isə keçmiş tələbə yoldaşı olublar. Dostlar BDU-da onlarla birgə oxumuş Xələc kənd sakini olan dostlarıgildən qayıdırmış.
Faktla bağlı yol polisi idarəsi tərəfindən araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 01:19-da başa çatıb.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

8-11-2017, 09:32
Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni AÇIQLAMA
4-09-2017, 11:14
Aygün Kazımova Türkiyə jurnalında: "Aygün Kazımova səhnə həyatının 30 ilini qeyd edir" - Foto
27-10-2016, 16:37
Rafael Ağayev Sərkisyana qalib gəldi - Video
8-03-2017, 15:36
Küçədə yarıçılpaq məşq olarsa... - maraqlı eksperiment - VİDEO
15-01-2017, 18:20
Maral gölün üzərində kabab çəkən, güllə atanların kimlikləri bilindi - AXTARILIRLAR
9-12-2020, 14:25
Onların qərarı məni təsirləndirdi - İlham Əliyev
22-12-2015, 14:27
Əməliyyatsız, kəsiksiz sinə böyütmə - YENİ ÜSUL
26-08-2015, 18:39
Aktrisanın indiki halı hamını təəccübləndirdi - FOTO