Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni Zeynəb Xanlarovanın oxuduğu bu mahnını oğurladı - VİDEO
Tarix: 04-07-2015 | Saat: 12:51
Bölmə:Karusel / Şou-Biznes / Maraqlı / M2 | çapa göndər

Erməni Zeynəb Xanlarovanın oxuduğu bu mahnını oğurladı - VİDEO

Ermənilər növbəti Azərbaycan mahnısını oğurlayıblar.

Xeberaz.az-ın ATV.az-dan aldığı məlumata görə bəstəkarı Oqtay Kazımi, sözləri Həmid Abbasova məxsus "Tarla qızlar"ı mahnısını erməni ifaçısı Soso Pavliaşvili öz dilində ifa edib. Bu barədə Milli Məclisin üzvü Etibar Hüseynov məlumat verib:

"Jor Meloyanın Soso Pavliaşviliyə sırıdığı "Tost " mahnısı, artıq neçə ildir ki, Rusiyada bir hitə çevrilib. Ona görə "sırıdığı" yazdım ki, bu, Zeynəb Xanlarovanın (səhv etmirəmsə həm də İlhamə Quliyevanın) 70-80-cı illərdə ifa etdiyi "Tarla qızları" (mus. Oqtay Kazımov) mahnısının plagiatıdır. Sadəcə yeni aranjmanda təqdim olunub. Ancaq çox təəssüf ki, artıq bu cür oğurluqlara bir növ adətkarıq və qarşısını ala bilmirik. Amma bir təklifim var. Sirr deyil ki, bu gün ölkədə kifayət qədər mügənni bolluğu olsa da keyfiyyətli mahnı, keyfiyyətli musiqi qıtlığı yaşanmaqdadır. Bəsit, zövqsüz musiqilər hamını cana yığıb. Amma görkəmli bəstəkarlarımızın onlarla gözəl əsəri var ki, arxivdə qalıb və istifadə olunmur. Mən sovetlər dönəmində zamanın tələbinə uyğun olaraq yazılmış, ancaq bu günümüzlə ayaqlaşmadığından ifa edilməyən onlarla biri-birindən gözəl bəstələri nəzərdə tuturam. Yəni, çayçılara, neftçilərə, o cümlədən də ayrı-ayrı sosialist əməyi qəhrəmanlarına həsr edilmiş kifayət qədər gözəl mahnılar var. Mənə elə gəlir ki, bəstəkar və aranjmançılarımız onların sözlərini dəyişib, yeni aranjmanda təqdim etsələr, çox gözəl olar. Bu, digər tərəfdən həmin bəstəkarların da ruhuna hörmət və ehtiram olar ki, onların unudulmuş əsərlərinə ikinci nəfəs verilər. Məncə, bu ideya ətrafında düşünməyə dəyər. Yoxsa, "yeməyənin payını yeyərlər" məsəlini tez-tez yada salmalı olacağıq. Necə ki, ermənilər bunu bizə zaman-zaman xatırladır".

Sözügedən mahnıları təqdim edirik:


Xəbəri paylaş

6968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___